Mühasib köməkçisi (xanım)

  • PAY Group
  • Elanın qoyulma tarixi: 14.12.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Ali təhsil;
  • Bu vəzifədə təcrübə: ən azı 3 il;
  • Dillər (səviyyə): Azərbaycan, Rus - səlis;
  • Kompüter bilikləri (xüsusi proqramlar): təcrübəli PC istifadəçisi. Proqramları bilmə: Excel, Word, Power Point, Outlook, Adobe PDF;
  • Düzgün şifahi və yazılı dil biliyi;
  • 1C proqramında peşəkar səviyyədə işləmək bacarığı;

Vəzifələr:

  • Aylıq, rüblük, illik hesabatları (vergi, sosial sığorta, statistika, məşğulluq və s.) hazırlamaq və aidiyyəti üzrə təqdim etmək;
  • Vergi bəyannamələri, DSMF və statistika hesabatlarının hazırlanıb təqdim edilməsi;
  • Daxil olan və çıxan pul vəsaitinin uçotunu, istehsal dövriyyəsini və xərclərini, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə, hesabat və kredit əməliyyatlarının mühasibat,uçotunu təşkil etmək və nəzarət etmək;
  • Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil etmək və nəzarət etmək;
  • Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyəti təşkil etmək və nəzarət etmək;
  • 1C müəssisə konfiqurasiyasının proqram təminatı və xidmətini həyata kecirmək;

İş şəraiti:

  • İş qrafiki: Həftənin 5 günü: 10:00-dan 19:00-dək
  • Şənbə və bazar qeyri iş günüdür
  • Nahar şirkət tərəfindən təmin olunur
  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
  • Sınaq müddəti 2 həftə;

Xahiş edirik, məktubunuzun mövzu (Subject) hissəsində vakansiyanın adını qeyd edib CV-nizi [email protected] e-mail ünvanına göndərəsiniz.