Əməyin mühafizəsi və Təhlükəsizlik texnikası üzrə mütəxəssis

  • Ikma
  • Elanın qoyulma tarixi: 13.12.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öhdəliklər:

  • İş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizliyinə nəzarət etməlidir.
  • İstehsalatda zədələnmə səbəblərinin analizı və qarşısını almaq üçün tədbirlər hazırlamalı və onların həyata keçirilməsini təşkil etməlidir.
  • İş yerlərində sanitar texniki vəziyyətin yoxlanılmasında iştirak etməlidir.
  • İş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanmasını təşkil etməlidir.
  • Binanın, qurğuların və avadanlıqların əməyin mühafizəsi üzrə texniki vəziyyətin yoxlanılmasında iştirak etməlidir.
  • Qulluqçuların və mühəndis texniki işçilərin əməyin mühafizəsi və təhlükəsizlik təlimatı üzrə biliklərinin yoxlanılmasında və attestasiya komissiyasının işində iştirak etməlidir.
  • Xidmətlərə təlimatların işlənib hazırlanmasında kömək etməlidir.
  • İstehsalatda bədbəxt hadisələrin araşdırılmasında iştirak etməlidir.
  • İşçilərin əməyin mühafizəsi üzrə ərizə, məktub və şikayətlərinə baxmalı və lazımi ölçülər götürməlidir.
  • Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mühəndisi mövcud forma və qaydalara uyğun olaraq hesabat aparmalıdır.
  • Əməyin mühafizəsi və texniki təhlükəsizliyi üzrə mütəxəssis nəzarət etməlidir:
  • Sağlam və təhlükəsiz iş şəraiti yaratmaq üçün tədbirlərin aparılmasına
  • Qoruyucu qurğuların və mühafizə vasitələrinin vəziyyətinə nəzarət etməlidir

Tələblər:

  • Ali texniki təhsil (Minimal olaraq Bakalavr)
  • FHN Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və DağMədən Nəzarəti Dövlət Agentliyi Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi Tədqiqat İnstitutunun sertifikatı (Sertifikatın etibarlığı azı 1 il olmalıdır)
  • NEBOSH və ya digər beynəlxalq eyni əhəmiyyətli sertifikatlar (arzuolunandır)
  • ISO 9001-2015 ; İSO 14001; 45001 standartların biliyi
  • Təlim keçməyə və təlim üçün material hazırlamaq bacarmalı 
  • Dil bilikləri Azərbaycan, İngilis yüksək (Rus azuolunandır)
  • Word, Excel və Power Point proqramların biliyi.

 

Email: [email protected]