İşin təsviri
Əmək funksiyaları:
- Təsdiq edilmiş iş planına əsasən daxili auditi həyata keçirmək;
- Risk əsaslı audit proqramının tərtib edilməsində iştirak etmək;
- İdarəetmə, daxili nəzarət və risklərin idarə edilməsi sistemlərinin adekvatlılığını qiymətləndirmək;
- Mühasibat uçotu və maliyyə hesabatlarının düzgünlüyünü və etibarlılığını yoxlamaq;
- Daxili audit yoxlamasının nəticələrini dəstəkləyə biləcək məlumatları toplamaq, sənədləşdirmək və bütün növ iş sənədlərinin qorunub saxlanılmasını təmin etmək;
- Auditin nəticələri barədə hesabatın hazırlanmasında iştirak etmək;
- Daxili audit xidmətinin inkişafı üzrə yeni istiqamətlərin və qabaqcıl beynəlxalq təcrübəni mütəmadi olaraq öyrənmək.
Təcrübəyə dair tələblər: 4 ildən artıq ümumi, minimum 3 il audit funksiyasında;
Təhsil və ixtisas tələbləri: Ali iqtisadi təhsilə üstünlük verilir (ali təhsil digər ixtisaslar üzrə olduqda audit yaxud əlaqədar sahələrdə minimum dörd illik iş stajı);
Kompüter biliklərinə dair tələblər:
- MS Office proqramlarında səlis işləmək bacarığı;
- 1C proqramında işləmək bacarığı;
- İT sistemləri üzrə biliklər üstünlükdür;
Xarici dil tələbləri: Yaxşı səviyyədə rus və/ və ya ingilis dili biliyi arzuolunandır;
Tələb olunan zəruri biliklər:
- Daxili Auditorlar İnstitutunun standartları (İİA), Beynəlxalq Maliyyə Hesabatları Standartlarının (İFRS) tətbiqi üzrə bilik və bacarıqlar;
- Mülki, əmək və vergi qanunvericiliyi üzrə biliklər;
- Daxili nəzarət və risklərin idarə edilməsi sistemlərinin qiymətləndirilməsi sahəsində bilik və bacarıqlar;
- Fikirlərini Azərbaycan dilində yazılı şəkildə aydın ifadə etmək və hesabat yazmaq bacarığı;
Sertifikat tələbləri:
- Mühasibatlıq, Daxili Audit, Risklərin idarə edilməsi üzrə peşə (CİA, ACCA, CİSA, COSO, CPA və s.) sertifikatlarına malik olmaq və ya mərhələ keçmək üstünlükdür;
Fərdi keyfiyyət tələbləri:
- Tədqiqi və analitik bacarıqlar;
- Təmkinlilik, etibarlılıq, özünəinam;
- Məsuliyyətli və dəqiq;
- Əla ünsiyyət qurmaq bacarığı;
Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
İş vaxtının norması: Həftə üzrə 5 günlük iş qrafiki
İş yerinin ünvanı: Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 19 A
Email: [email protected]