Sığorta hadisələrinin araşdırılması şöbəsinin mütəxəssisi (Gəncə)

  • Xalq Sığorta
  • Elanın qoyulma tarixi: 09.12.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələb olunan bilik və bacarıqlar:

  • Yol Hərəkəti Qaydaları biliyi və avtomobil mexanizmi haqqında texniki bilik;
  • Kompüter bilikləri: Microsoft Word-yaxşı, Microsoft Excel-orta;
  • Dil bilikləri- azərbaycan dili-əla; rus dili-arzuolunandır.

Namizədə dair gözləntilər və xüsusi tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahədə minimum 2  il iş təcrübəsi;
  • B kateqoriyalı sürücülük vəsiqəsi;
  • Yaşayış yeri-Gəncə şəhəri;
  • Ünsiyyət qurmaq bacarığı;
  • Κomandada işləmək bacarığı;
  • Məsuliyyətli.

Vəzifə öhdəlikləri:

  • Müvafiq sığorta növləri üzrə sığorta hadisəsinin qeydiyyata alınması, ilkin sənədlərin hazırlanması və ümumi işin təkmilləşdirilməsi;
  • Baş vermis hadisənin ən qısa müddət ərzində araşdırılması və rəsmiləşdirilməsi;
  • Yol nəqliyyat hadisələrinə baxışın keçirilməsi və qəza hadisəsini yerindəcə araşdırılması;
  • Hadisənin foto və video çəkilişlərinin aparılmması;
  • Sığorta hadisəsi ilə bağlı şirkətin müvafiq proqramında məlumatların işlənilməsi.

Əlavə məlumat:

  • İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);
  • Cinsi: Kişi;
  • İş yeri: Gəncə şəhəri 
  • Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Sığorta hadisələrinin araşdırılması şöbəsinin mütəxəssisi) qeyd edərək [email protected] elektron ünvanına göndərilməsi xahiş olunur.   

İşəgötürənin reytinqi