Xidmətlər üzrə məsləhətçi (Mingəçevir)

İşin təsviri

Ümumi vəzifə öhdəlikləri:

  • Ofisə müraciət edən müştərilərin qarşılanması, salamlanması, istiqamətləndirilməsi;
  • Müştərilərə bankın məhsul və xidmətləri haqqında məlumatların verilməsi;
  • Müştərilər arasında aparılan sorğularda iştirak;
  • Bankomat, terminallarda ödəniş zamanı müştərilərə köməklik göstərmək.

Namizədə qarşı tələblər:

  • Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);
  • İş təcrübəsi: Müştəri xidmətləri üzrə təcrübə arzuolunandır;
  • Dil bilikləri: Azərbaycan və Rus dilləri əla, İngilis dili orta səviyyədə arzuolunandır;  
  • Komputer bilikləri: Microsoft Office Programs (Word, Excel);
  • Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
  • Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı;
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
  • Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.

Sizə nə təklif edirik?

  • Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
  • Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
  • Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
  • Bank Respublikanın peşəkar komandasının bir üzvü olmaq imkanı;
  • Əlverişli iş mühitində çalışmaq imkanı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 17 dekabr 2021-ci il tarixinədək elektron ünvanına göndərə bilər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Xidmətlər üzrə məsləhətçi (Reception) – Mingəçevir filialı” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. 

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi