Təchizat mütəxəssisi

İşin təsviri

İş qrafiki: 09:00-18:00/bazar ertəsi-cümə

Namizədə olan tələblər:

  • 3 il müvafiq  sahədə iş təcrübəsi ;
  • Ali təhsil; (İqtisadi təhsil)
  • Rus-dili biliyi ;
  • İngilis-dili biliyi;
  • Yaş həddi 22-30 ;
  • MS Office proqramlarından yüksək səviyyədə istifadə bacarığı

Vəzifə öhdəlikləri:

  • Material ehtiyatlarına olan tələbatı, eləcə də onların keyfiyyətinin standarta, texniki tələblərə, müqavilə və başqa normativ sənədlərə uyğunluğunu təyin etmək;
  • Texnikaya, materiala təminatın plan layihələrinin tərtib olunmasına, müqavilə öhdəliklərinin yerinə yetirilməsinə, avadanlıq, enerji, yanacaq materiallar, xammal fondunun qəbul olunması və işlənməsinə nəzarət etmək;
  • Anbarda ehtiyat materiallarının və hazır məhsulun olmasına nəzarət etmək, alıcılar və tədarükçülər arasında əlaqə yaratmaq, plana uyğun olaraq məhsulun vaxtında yüklənməsi üçün sənədlər rəsmiləşdirmək;
  • Müəssisə, idarə və təşkilatlarda texniki material təminatı, məhsulun satılması, məhsulun keyfiyyətinə nəzarət, hazır məhsulun nəql edilməsi üzrə standartların işlənib hazırlanması və tədbiqində iştirak etmək;
  • Əmtəə-maddi sərvətlərinin alınıb satılması hesabına, qayıdılası taraların vaxtında yüklənib göndərilməsinə nəzarət etmək, lazımı hallarda yerinə gəlib çatmayan malların axtarışını aparmaq;
  • İnventarizasiyanın aparılmasında iştirak etmək;
  • Abarda mal-material qiymətlərinin saxlanılması qaydasına riayət edilməsinə, hazır məhsulun sifarişçiyə yüklənib göndərilməsi hazırlığına nəzarət etmək, məhsulun göndərilməsi və satılması üçün lazım olan sənədləri rəsmiləşdirmək, qoyulmuş forma ilə hesabat tərtib etmək;
  • Məhsulun təminatını və satılması üzrə metodikasını, yuxarı orqanların qərar, sərəncam və əmrlərini, əmtəə-maddi sarvətlərin standartlarını və texniki tələblərini, onların əsas xasiyyətini və keyfityyət xüsusiyyətlərini yoxlamaq; 
  • Müqavilələrinin bağlanmasının işlənib hazırlanması qaydasını yoxlamaq;
  • Məhsula olan tələbatın hesabatını hazırlamaq;
  • Məhsulun tədarükü, saxlanılması və nəql edilməsi şərtlərini yoxlamaq və təmin etmək;
  • İstehsalat texnoloji proseslərinin əsaslarını, müəssisə, idarə və təşkilatın buraxdığı məhsulun çeşidini və nomenklaturası, iqtisadiyyatın, əməyin, idarəetmənin, istehsalın təşkilinin əsaslarını yoxlamaq; 
  • Rəhbərlikdən alınan tapşırıq əsasında öz işini təşkil etmək.

Tələblərə uyğun olmayan və "Subject" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV" - lərə baxılmayacaq.

Email: [email protected]