Digital Recruiter

  • Company
  • Elanın qoyulma tarixi: 01.12.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifələr:

  • Fəaliyyət sahəsi, rəqabətli kadr mühiti, inkişaf qabiliyyəti və fərqləndirici xüsusiyyətlərə dair öz bilik və təcrübəsindən şirkətin xeyirinə istifadə etmək
  • Xarici kadr ehtiyatları, kadr tipajları, əməkhaqqı səviyyələri və digər trendlər üzrə biliklərini daim yeniləmək
  • Xakatonlar, görüşlər, yığıncaqlar vasitəsilə icma üzvü kimi hərəkət etmək və prosesi A-dan Z-dək idarə etmək
  • Aydın və unikal dəyər təklifini və bazarın dəyişikliklərinə uyğunlaşan rəqəmsal kadrlar üzrə “perspektivli bazar” strategiyasının müəyyən edilməsi, kommunikasiyası və təmsil olunmasını təmin etmək
  • Mərkəzdə namizəd olmaqla prosesləri yenidən qurmaq
  • Namizəd və əməkdaş təcrübəsinin ardıcıllığı qorunmaqla miqyaslana bilən kadrları idarəetmə çərçivəsini yaratmaq
  • Sistemləşdirilmiş müsahibə prosesinin geniş qəbul olunmasını və kommunikasiyasını təmin etmək
  • Namizədlərdən və əməkdaşlardan təcrübələrinə dair rəy və təklifləri almaq
  • İcmada işəgötürən brendinin təmsilçisi və komandanın etimad etdiyi şəxs olmaq

Təcrübə, ixtisas və bacarıqlara dair tələblər:

  • Rəqəmsal məhsulların işlənilməsi və istifadəyə verilməsi istiqamətində məhsul yaratma komandalarında bu vəzifədə 2 ildən çox iş təcrübəsi
  • Rəqəmsal Kadr Seçimi üzrə Mütəxəssis kimi iş təcrübəsi (rəqəmsal texnologiyalarla tanış mühitdə iş təcrübəsinin olmasına üstünlük verilir)
  • Texnologiyalar sənayesinə ciddi həvəsin olması, habelə rəqəmsal kadrlarla fəaliyyət sahələri ilə bağlı söhbət aparmaq üçün kifayət qədər bilikli olması
  • İstiqamətləndirməyə böyük ehtiyac duymadan təşəbbüsçülük nümayiş etdirmək qabiliyyəti ilə yüksək templi işə qəbul mühitində iş təcrübəsi
  • Rəqəmsal Kadrları İdarəetmə strategiyaları üzrə dərin biliklərin olması və Github, Behance kimi rəqəmsal platformalarda kadr axtarışı prosesi ilə tanışlıq
  • Yüksək həcmli və təfərrüatyönümlü mühitdə ATS (Namizədlərin İzlənməsi Sistemi) ilə iş təcrübəsi
  • “Agile” iş metodları üzrə dərin biliklərin olması
  • Funksiyalararası komandalarda Kadr Seçimi üzrə Mütəxəssis kimi iş təcrübəsinin olması əlavə üstünlükdür
  • Mürəkkəb texniki konsepsiyaları çatdırmaq və təşkilat səviyyəsində qərarların razılaşdırılmasını təmin etmək qabiliyyəti ilə güclü kommunikasiya bacarıqları
  • Mürəkkəb məlumatları operativ surətdə emal edərək aydın və sadə şəkildə təqdim etmək qabiliyyəti ilə problemlərin həll edilməsi üzrə əsaslı bacarıqlar
  • İnnovativ həllərin səmərəli şəkildə yaradılması məqsədilə komanda daxilində əməkdaşlıq və kollektiv iş metodlarından istifadə qabiliyyəti
  • İşə qəbul metodlarımızı davamlı əsasda təkmilləşdirməyin, habelə namizəd təcrübəsini təkmilləşdirməyə çalışan maraqlı startapları kəşf etməyin böyük həvəsində olması
  • Daxili təşəbbüskarlığını sərbəst buraxıb sahibkarlıq mentalitetini formalaşdıran mühitdə işləmək istəyinin olması
  • Kobudluq bahasına da şəffaflıq və etimad mədəniyyətinə inamın olması
  • Vəzifə borclarının və ya bilik və bacarıqlarının əhatə dairəsindən kənarda olan yeni ideyaların öyrənilməsinə açıqlıq
  • Şirkətin dəyərləri ilə razılaşma
  • Qabaqcıl səviyyədə ingilis dili biliyi

Namizədliyinizin təqdim edilməsi qaydası:

  • Elektron poçt məktubunun mövzu sətrində “Digital Recruiter” qeyd etməyiniz xahiş olunur.