Baş Topoqraf/Geodeziya Mühəndisi

  • AZCD Group QSC
  • Elanın qoyulma tarixi: 25.11.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Topoqrafiya-geodeziya işlərinin planlaşdırılması və təşkili;
  • Tikinti sahəsində topoqrafik ölçülərin aparılması və onun əsasında torpaq işinin müəyyən edilməsi;
  • İşləri vaxtında başa çatdırmaq üçün nəzarətində bütün zəruri sahə resurslarının (işçi qüvvəsinin, avadanlıqların,materialların və s.) təşkil edilməsi;
  • İstehsalatın geodezik işlər üzrə hazırlığını və texniki cəhətdən yenidən qurulmasını, xammala, materiala, əmək sərfinə qənaət, məhsulun, işlərin (xidmətlərin) keyfiyyətinin yaxşılaşdırılmasını təmin edə biləcək istehsal rejimini təşkil etmək;
  • Topogeodeziya işlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə tədbirlər cədvəlinin və çöl nəzarət cədvəlinin tərtibi;
  • Geodeziya və Mühəndislik alətlərindən istifadə etməklə layihənin icrası məqsədilə tətbiq ediləcək nöqtələri müəyyən etmək;
  • Total station və Nivelir avadanlığı ilə işləmək bacarığı;
  • Nivelirdən teodolit və peyk vasitəsi ilə qlobal yerləşmə sistemlərindən (GPS) istifadə etməklə çəkiliş işləri aparılan sahələrdə mühüm nöqtələrin en və uzunluq dairəsini və sərhədlərini müəyyən etmək;
  • Topoqrafik çəkilişləri və ölçmə nəticələrini, o cümlədən, torpaq və ya torpaq sahələrinin formasını, konturlarını, yerini, hündürlüyünü və ölçülərini qeydə almaq;
  • Topoqrafik hesabatların və cizgilərin hazırlanması və Həftəlik və aylıq həcm hesabatların hazırlanması;
  • Topoqrafik ölçmə işlərinin Layihə Müdirliyi tərəfindən müəyyən edilən inşaat sahəsinin iş proqramına uyğun olaraq həyata keçirilməsini və nəzarətini təmin etməsi;
  • Məlumatların AutoCad Civil 3D proqramında emal etmək;
  • Layihə üçün aylıq Forma-2 sənədlərinin hazırlanması və baş ofisə təqdim edilməsi;

Namizədə olan tələblər:

  • İnşaat mühəndisliyi üzrə ali təhsil;
  • Tikintidə (Bina,Qurğu və Sənaye Təyinatlı Obyektlər) minimum 3-5 il iş təcrübəsi;
  • Kompüter bilikləri: MS Outlook,MS Office (əla) və Autocad proqramları;
  • Planlama və yüksək təşkilatçılıq bacarığı;
  • Avtomobil idarəetmə bacarığı (B,BC kateqoriyalı).
  • Azərbaycan Respublikası Tikinti qanunvericiliyi və tikinti norma və qaydalarına dair biliklərin olması;
  • Xarici dil biliyi üstünlüyü (İngilis dili, Rus dili,Türk dili);

Təminatlar:

  • Rəqabətə Davamlı əmək haqqı;
  • Gecələmək üçün yer təminatı;
  • Gün ərzində 3 dəfə qidalanma;
  • Avtomobil təminatı;
  • Rabitə xərcləri;

Qeyd: Daşkəsən rayonu, Çovdar Filiz Emalı Sahəsində icra olunan layihəmizdə ( Gəncə şəhəri və ətraf ərazilərdə yaşayan namizədin müraciət etməsi arzu olunandır)

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Baş Topoqraf,Geodeziya Mühəndisi ” qeyd edərək [email protected] elektron ünvanına CV göndərməniz xahiş olunur.