Müştəri xidmətləri üzrə mütəxəssis

İşin təsviri

Namizəddən tələblər:

  • Ali təhsilli olmalı; (İqtisadiyyat, marketinq, biznes idarəçiliyi ixtisasından məzun olan namizədlərə üstünlük veriləcək) ;
  • 23-30 yaş aralığında yalnız xanım namizədlər;
  • Xidmət satışı sahəsində ən azı 2 il iş təcrübəsi;
  • Microsoft Office proqramlarında yüksək səviyyədə işləmə bacarığı. (Xüsusi ilə excel bilikləri önəmlidir);
  • Datalarla işləmək bacarığı;
  • Rus dilini səlis ünsiyyət səviyyəsində bilmək mütləqdir, ingilis dili biliyi orta səviyyədə olmalıdır;
  • Ünsiyyətcil, müştəri yönümlü, məsuliyyətli, punktual olmalıdır;
  • Yüksək səviyyəli ünsiyyət və təqdimat bacarığı olmalıdır.

Vəzifə öhdəlikləri:

  • Telefon zənglərinin edilməsi, müştərilərin xidmətlər, yeni kampaniyalar haqda ətraflı məlumatlarla təmin edilməsi, yeni satışların həyata keçirilməsi;
  • Korporativ satışların təşkili və idarə olunması korporativ müştərilərin cəlb olunması;
  • Şirkətin sosial şəbəkələrində müştərilərlə ünsiyyətin yüksək səviyyədə təmin olunması və satışların reallaşdırılması;
  • Satışın artırılması ilə bağlı təkliflər planı hazırlamaq;
  • Rəhbərlik tərəfindən verilən digər inzibati tapşırıqların yerinə yetirilməsi;
  • Görülmüş işlər haqda hesabatların hazırlanması.

İş haqda məlumat:

  • İş qrafiki- saat 09:00-dan 18:00-dək; 
  • Əmək haqq-500 azn + satışdan bonus;
  • Şirkət daxilində təlimlərdə iştirak və inkişaf etmə imkanı;
  • AR Əmək Məcəlləsinə uyğun rəsmi iş;

Qeyd: Namizdələrdən CV-lərini göndərməmişdən öncə vəzifə öhtəliklərini diqqətlə oxumaqları xahiş olunur .

Tələblərə cavab verən namizədlərin CV-lərini (PDF formada)  “Müştəri xidmətləri üzrə mütəxəssis” başlığı altında göndərmələri xahiş olunur. 

Əlaqə - 050-311-58-52

Fred’s English təhsil mərkəzi tərəfindən digər vakansiyalar