Fred’s English təhsil mərkəzi


1999-cu ildə Fred müəllim tərəfindən əsası qoyulmuş, praktiki ingilis dili dərsləri kifayət qədər uğur qazanmış və minlərlə tələbələr və qeyri tələbələr üçün ingilis dilində səlist danışmaq, şifahi və yazılı ünsiyyəti tədbiq etməklə,tələbələrimiz ya xaricdə mötəbər universitetlərdə təhsil almaqla ya Azərbaycanda yaxşı iş və ya oxuma imkanı əldə ediblər.
“Fred’s classes” metodikasının özəyi peşəkar müəllim heyəti və hər tələbəyə fərdi yanaşma mexanizmidir.

2004-cü ildən etibarən İELTS və TOEFL kimi ingilis dili üzrə Beynəlxalq rəsmi imtahanlarına Hazırlıq Mərkəzinə çevrilmiş “Fred’s classes”-in özəllikləri aşağıdakılardır:
1.Dərslərin ingilis dilində aparılması.
Məlumdur ki, Azərbaycan daxilində ingilis dilinin praktiki danışıq mühiti limitli olduğundan, tələbələr üçün “Fred’s classes” müvəqqəti tam ingilis dili ortamına düşmək deməkdir. Yəni tələbə dərsə gələrkən, həm dərsin strukturu həmdə tətbiq olunan metodologiya, danışıq kimi vacib dil aspektini inkişaf etdirmək üçün gözəl bir fürsət əldə edir.
2. Beynəlxalq təcrübənin Azərbaycanda tətbiqi.
İngilis dili metodologiyası üzrə beynəlxalq təcrübəni Azərbaycana gətirən “Fred’s classes” müəllim heyəti ya Böyük Britaniya və ya Amerika Birləşmiş Ştatlarında təhsil almışdır. İl ərzində beynəlxalq treyninqlərdə iştirak edən və ingilis dili metodologiyası üzrə beynəlxalq kvalifaksiya keçən müəllimlər tələbələrə praktiki ingilis dilindən əlavə, bu sahə üzrə beynəlxalq təcrübə ilə bölüşürlər.
3. Nəticələr.
“Fred’s classes”-in əsas lozunqu “Yaxşı nəticəyə görə əziyyət çəkməyə dəyər”. Bu günə qədər minlərlə tələbələr yüksək İELTS və TOEFL balı yığıb, “Fred’s classes”-i məmnuniyyət hissi ilə bitirmişdir. 19 il tam reklamsız fəaliyyət göstərmək tələbələrin yüksək nəticəsi olmadan mümkün deyil. Bizim ofisə yaxınlaşıb və ya feysbuk “Fred’s classes” səhifəmizə həm tələbələrin Fred müəllimin kursları haqqında yazılan şərhləri ilə həm də real İELTS və TOEFL nəticələri ilə tanış ola bilərsiniz.

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?