Kadr sənədləşməsi üzrə aparıcı mütəxəssis

  • AzMühasibat
  • Elanın qoyulma tarixi: 14.11.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş barədə məlumat:

  • Müştəri şirkətlərin işçilərinin əmək qanunvericiliyinə əsasən işə qəbul edilməsi, əmək müqavilələrinə xitam verilməsi, işçilərin bir vəzifədən dəyişikliyi ilə bağlı prosedurların yerinə yetirilməsi;
  • Əmək qanunvericiliyin tələblərinə əsasən müvaviq əmrlərin hazırlanması;
  • İşçilərin şəxsi işlərinin formalaşdırılması, əmək kitabçalarının yazılması∙
  • Məzuniyyət qrafikinin və cədvəlininin tərtib olunması, məzuniyyətləri uçota alınması
  • Qanunvericilikdən irəli gələn digər məsələlərin yerinə yetirilməsi. 
  • Şirkətin fəaliyyəti ilə əlaqədar bütün kadr sənədləşməsinə dair sənədlərin (qərarlar, əmrlər prosedurlar və s.) əvvəlicra edilmədən əvvəl yoxlanılması

Tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahəsində ən azı 3 il iş təcrübəsi;
  • AR Əmək Məcəlləsini, əmək qanunvericiliyini əla səviyyədə bilməli, bu sahədə praktik təcrübəyə malik olmalı;
  • Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmalı;
  • Əla səviyyədə kompüter bacarıqları
  • Güclü ünsiyyət və danışıq qabiliyyəti;
  • Azərbaycan, Rus dillərini bilməli
  • Komandada işləmək bacarığı;
  • Konsaltinq şirkətləri üzrə iş təcrübəsi olması arzu olunandır.

 

Əmək haqqı Namizədin bilik və bacarığından asılı olaraq təyin edilir, minimal olaraq 750 manatdan başlayır.

İş vaxtı 08:30-17:30, 5 günlük iş həftəsi.

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini  [email protected] email adresinə Subject/Mövzu hissəsində Kadr sənədləşməsi üzrə aparıcı mütəxəssis qeyd etməklə göndərmələri xahiş olunur.