Aparıcı Mühasib

  • AzMühasibat
  • Elanın qoyulma tarixi: 17.02.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri

• Vergi və mühasibat uçotunun aparılması
• İşçilərin aylıq əmək haqlarının hesablanması (xəstəlik vərəqələri, son haqq hesab, məzuniyyət, birdəfəlik müavinət, analıq məzuniyyəti üzrə müavinət və s.)
• Hesab-fakturaların, E-qaimələrin, Təhvil-təslim aktlarının hazırlanması;
• Mühasibatlıqla bağlı aylıq məlumat xarakterli hesabatların rəhbərliyə təqdim edilməsi;
• Vergi hesabatlarının (ƏDV, Mənfəət, Vahid bəyannamə və s) və digər digər dövlət qurumlarına verilən hesabatların hazırlanması;
• Gündəlik olaraq online kargüzarlığın yoxlanılması, vergi ilə bağlı məktubların cavablandırılması
• Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsi
• Yerli və xarici kreditorlar üzrə hesabatların verilməsi və debitorlar və kreditorlar üzrə qalıqların yoxlanılmasının təmin olunması
• Bütün növ mühasibat əməliyyatlarının 1C mühasibatlıq proqramına daxil edilməsi
• Bank və kassa ödənişlərinin həyata keçirilməsi

Namizədə tələblər

• Yaş: 25-45
• Təhsil: Ali (Mühasibat sahəsində olanlara üstünlük verilir)
• Biliklər: Mühasibat üzrə nəzəri və praktiki biliklər,
• İş təcrübəsi: Mühasibat-Konsaltinq sahəsində ən azı 3 il
• Dil bilikləri: Azərbaycan, (Rus və ingilis dili bilmək əlavə üstünlükdür)
• Kompüter bilikləri: MS Office (WORD, EXCEL) yaxşı səviyyədə bilmək
• Mühasibat Proqramı: 1C (7.7, 8.2, 8.3) mühasibatlıq proqramında işləmək bacarağı
• Qanunvericilik: Vergi Məcəlləsi, Mülki Məcəllə və Əmək Məcəlləsi üzrə biliklərin olması;

İş şərtləri

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
• İş qrafiki həftənin 5 günü;
• İş saatı: 09.00-dan 18.00 kimi,
• Əmək Haqqı – 1000-1500 AZN (namizədin bilik və bacarığından asılı olaraq dəyişə bilər)

Müraciət qaydaları: [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Aparıcı mühasib” yazmaqla CV göndərərək müraciət edilir.