Biznes və Maliyyə ixtisasları bölməsinin meneceri

  • Barattson
  • Elanın qoyulma tarixi: 11.11.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifə öhdəlikləri:

  • Təlim kursları proqramlarını hazırlamaq, kursun ilkin təqdimatını  etmək, təlimin tanıtımı ilə bağlı planlaşdırmanı aparmaq
  • Bölmə üçün müəyyən olunmuş aylıq və illik hədəflərə qoyulmuş vaxt çərçivəsində çatmaq
  • Tələbə - müəllim  problemlərinə nəzarət, tələb olunduğu halda müdaxilə etmək,
  • Müəllimlərin təyin olunmuş proqram çərçivəsindən kənara çıxmamalarına nəzarət etmək
  • Tədbir və seminarları öncədən planlaşdırmaq və aylıq/illik marketinq planını hazırlanması üçün  marketinq üzrə məsul şəxsə müvafiq məlumatları vermək
  • İdarə etdiyi bölmənin əməkdaşlarının öz vəzifə öhdəliklərini keyfiyyətlə yerinə yetirmələrinə, davamiyyətlərinə və Daxili intizam qaydalarına və şirkətin digər siyasət və təlimatlarına riayət etmələrinə nəzarət etmək
  • Bölmə üzrə tələbə ödənişlərinə ümumi nəzarət etmək və  ödənişlərin vaxtında ödənilməsini təmin etmək
  • Tələb olunduqda şirkətin  layihələrində iştirak etmək

Əsas tələblər: 

  • Ali təhsil 
  • Çevik işləmə bacarığı 
  • İdarəetmə  və satış üzrə təcrübəsi ( 1 ildən artıq)
  • Ünsiyyət bacarığı
  • Komandada işləmə bacarığı
  • Ms Office proqramlarında işləmə bacarığı, xüsusilə MS Excel

Dil bacarıqları: Azərbaycan dili - əla səlis, İngilis dili – “upper intermediate”, Rus dili biliyi üstünlükdür

İş qrafiki : 6 iş günü

Əmək haqqı: 700 AZN,  bonusla birgə 1000 +

Namizədlərdən CV formalarını mövzu hissədə mütləq vəzifənin adı “Biznes və Maliyyə ixtisasları bölməsinin meneceri” qeyd olunmaqla [email protected] email ünvanına göndərməkləri xahiş olunur. 

CV-in son göndərilmə tarixi:   30.11. 2021-ci il.   

İşəgötürənin reytinqi