Tender satınalma üzrə mütəxəssis (Tibbi təyinatlı vasitələr)

İşin təsviri

Tələblər:

  • Ali təhsil;
  • Dərman və tibbi təyinatlı vasitələrin xarici satınalması üzrə 3 il iş təcrübəsi;
  • Xarici bazar qiymətlərinin təhlili və müqayisəli təhlil bacarığının olması;
  • Operativlik, çevik qərarvermə və vaxtdan düzgün istifadə bacarıqları;
  • Əla səviyyədə Azərbaycan, Rus və İngilis dili biliyi;
  • Yüksək səviyyədə MS Excel, MS Word və 1C proqramı üzrə biliklər.

Vəzifə öhdəlikləri:

  • Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması, təkliflərin müqayisəli təhlilinin aparılması və optimal təklifin rəhbərliyə təqdim edilməsi;
  • Xarici şirkətlərlə əlaqələr, əməkdaşlıqlar qurmaq, partnyorların cəlb olunması istiqamətində danışıqlar aparmaq;
  • Sifariş üzrə bazar araşdırması aparmaq və yeni tədarükçülər tapmaq;
  • Sifariş olunan məhsulların qeydiyyatına və digər sənədlərə nəzarətin edilməsi;
  • Təchizatçılarla öncədən razılaşdırılmış şərtlər əsasında müqavilələrin bağlanması;
  • Təchizatçılarlardan alınan qaimələr əsasında ödənişlərin edilməsinə nəzarət edilməsi;
  • Malların vaxtında çatdırılmasına, yük sənədlərinin düzgün hazırlanmasına və malların optimal surətdə daşınmasına nəzarət.

İş şəraiti:

  • İş yeri: BEGOC Biznes Mərkəzi (Ünvan: Zərifə Əliyeva küç., 93);
  • 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ;
  • Nahar şirkət tərəfindən təmin olunur;
  • Tibbi siğorta ilə təmin olunma;
  • Əmək haqqı 1000-1500 AZN.

Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi göndərməyiniz və “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd etməyiniz xahiş olunur.

İşəgötürənin reytinqi

Zeytun Pharmaceuticals tərəfindən digər vakansiyalar