Satış üzrə mütəxəssis

  • A2Z Technologies
  • təsdiqlənmiş
  • Elanın qoyulma tarixi: 02.11.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öhdəliklər:

  • Yeni müştərilərin cəlb edilməsi, müştəri bazasının formalaşdırılması və daim genişləndirilməsi;
  • Potensial müştərilərin müəyyənləşdirilməsi və işgüzar əlaqələrin qurulması;
  • Müvafiq dövrlər üzrə hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması;
  • Müştərilərə məhsul və xidmətlər barədə məlumatın verilməsi;
  • Müştərilərin İT ehtiyaclarının qiymətləndirilməsi və İT məhsulları, xidmətləri daxil olmaqla müvafiq tövsiyələrin verilməsi;
  • Satış hədəflərinə çatmaq üçün tədbirlər planına uyğun fəaliyyətin göstərilməsi;
  • Müştərilərlə satış, sövdələşmələr və uzunmüddətli razılaşmalar üzrə danışıqların aparılması;
  • İT sahəsindəki tendensiyalar və innovativ məhsulların daima izlənilməsi və öyrənilməsi;
  • Sərgilərdə iştirak edilməsi və məhsulların təqdimatı.

Tələblər:

  • Təhsil: Marketinq və ya idarəetmə sahədə bakalavr
  • Texniki səriştələr:
  • MS Excel, Power Point, Word yüksək səviyyədə
  • İT avadanlıqlar və xidmətlər haqqında məlumatlı olmaq
  • Rus və İngilis dili yüksək səviyyədə
  • Təcrübə: Minimum 2 il müvafiq sahədə iş təcrübəsi
  • Yumşaq bacarıqlar:
  • Komanda şəklində işləmə bacarığı və effektiv ünsiyyət
  • İnandırma və təqdimat bacarığı
  • Nəticəyönümlülük və punktuallılıq
  • Təşəbbüskarlılıq və tələbkarlılıq.

Əmək şəraiti:

  • İş rejimi: 5 günlük iş həftəsi
  • Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV formasını göndərin.

İşəgötürənin reytinqi