Tenderlər üzrə menecer

  • Qala Group
  • Elanın qoyulma tarixi: 01.11.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vakansiyanın tələblərinə uyğun başlıca vəzifə öhdəlikləri və məsuliyyətlər: 

  • Dövlət satınalmaları vahid internet portalında axtarış edərək uyğun tenderlərin seçilməsi
  • Tenderdə qeydiyyatdan keçərək iştirak haqqının həyata keçirilməsi
  • Portala müvafiq sənədlərin yüklənməsi
  • Qiymət təklifinin çıxarılması üçün şirkətin müvafiq şöbələri ilə ünsiyyətə keçmə
  • Bank təminat məktublarının alınması
  • Satınalma müqavilələrinin bağlanılması və aidiyyatı üzrə əməliyyət şöbəsinə ötürülməsi
  • Təhvil-təslim aktlarının tərtib olunması, ödənişlərin alınması
  • Məlumatların şirkətin CRM bazasına daxil olunması
  • Həftəlik və aylıq hesabatların hazırlanması
  • Rəhbərliyinin verdiyi digər tapşırıqların yerinə yetirilməsi

Vakansiyanın tələblərinə uyğun başlıca tələblər (təhsil, sertifikat, iş təcrübəsi, əcnəbi dil bilikləri və s.):

  • Bakalavr təhsili
  • Səlis ünsiyyət bacarıqları
  • Azərbaycan və rus dili biliyi (ingilis dili arzuolunandır)
  • Dövlət tenderləri üzrə minimum 2-3 il iş təcrübəsi
  • Dövlət satınalmaları vahid internet portalı ilə iş təcrübəsi
  • Hüquqi savadlılıq
  • Dövlət Satınalmaları qanunveriliciliyi üzrə biliklər
  • Layihələndirmə-inşaat sahəsi üzrə biliklər arzuolunandır

Namizədlərdən şəkilli CV-lərini “Tenderler uzre menecer” mövzusu ilə göndərmək xahiş olunur. Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.

İşəgötürənin reytinqi

Qala Group tərəfindən digər vakansiyalar