Anderraytinq üzrə aparıcı mütəxəssis (qiymətli kağızlar sahəsində)

  • Unicapital
  • Elanın qoyulma tarixi: 27.10.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə dair tələblər:

  • Ali təhsil (hüquq sahəsinə üstünlük veriləcək);
  • Korporativ hüquq sahəsində və ya qiymətli kağızlar üzrə anderraytinq sahəsində 1 il iş təcrübəsi;
  • Əla səviyyədə Azərbaycan və orta səviyyədə Rus və İngilis dili bilikləri;
  • MS Office proqramlarında işləmək bacarığı, MS Word proqramında mətnlərlə səlis iş vərdişləri;
  • Biznes sənədlərin tərtib edilməsi, hüquqi ekspertiza və yerli mülki qanunvericilik sahəsində praktiki bilikləri nümayiş etdirmək vərdişləri;
  • Maliyyə hesabatlılığı üzrə baza anlayışların olması;
  • Sektoral təhlil aparmaq bacarığı.

İşin təsviri:

  • Namizəd şirkətin qiymətli kağızlar üzrə anderraytinq biznesi sahəsində çalışacaq;
  • Yerli kapital bazarlarında qiymətli kağızların buraxılışı üzrə emissiya prospektlərinin, qanunvericiliklə tələb edilən digər sənədlərin tərtib edilməsi, razılaşdırılması və təsdiq üçün müvafiq orqanlara təqdim edilməsi;
  • Emitentlərlə, nəzarət orqanı ilə və digər əlaqəli kontragentlərlə kommunikasiyanın aparılması;
  • Görülmüş işlərə dair hesabatların təqdim eidlməsi;
  • Fəaliyyət istiqaməti üzrə hüquqi şəxs olan müştərilərlə hüquqi məsələlər üzrə danışıqların aparılması, danışıqlar əsasında müqavilələrin layihələrin hazırlanması;
  • İşin gedişatı üzrə təkmilləşdirmələr və optimizasiya üzrə təkliflərin verilməsi.
  • Qanunvericiliyə edilmiş əlavə və dəyişiklikləri izləmək və aidiyyəti strukturları məlumatlandırmaq, müvafiq sənədlərə düzəlişləri hazırlamaq;