Biznes Analizi üzrə Kiçik Mütəxəssis

  • Norm OJSC
  • Elanın qoyulma tarixi: 27.10.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər: 

  • Ali təhsil (biznes, marketinq, və ya iqtisadiyyatın digər sahələrində) 
  • Bazarın tədqiqi üzrə bilik və analitik düşünmə bacarığı
  • 1 ilədək əlaqədər sahədə təcrübə proqramlarında iştirak arzu olunandır
  • Azərbaycan və ingilis dilində əla səviyyədə yazılı və şifahi ünsiyyət bacarıqları
  • Peşəkar səviyyədə MS Office (əsasən Excel, Power Point) proqramlarından istifadə bacarığı
  • Komanda üzvü kimi işləmə bacarığı

Tələb olunan kompetensiyalar:

  • Müştəriyönümlülük
  • Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
  • Bütövlük
  • Yenilikçilik

Əsas vəzifə və öhdəliklər:

  • Kommersiya məlumatlarının (bazar və biznes) müqayisəsi, təhlili, hazırlanması, saxlanması və müntəzəm hesabatların verilməsinin təmin edilməsi
  • Statistik məlumatların əldə edilməsi və analitik dəstəyin təmin edilməsi
  • Bazar araşdırmalarının mütəmadi həyata keçirilməsi və hesabatların təqdim edilməsi 
  • Bazarın vəziyyətinin araşdırılması və biznes qərarlarının verilməsi üçün səmərələşdirici təkliflərin irəli sürülməsi
  • Biznesin inkişafı üçün sənaye yönümlü müqayisəli qiymətləndirmənin (benchmark) layihələndirilməsi və aparılması

CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə göndərməyiniz xahiş olunur.

Fayl adı uyğun olmayan və müraciət edilən vəzifənin adı qeyd olunmayan CV-lərə baxılmayacaqdır.

CV-lərin təqdim olunması üçün son tarix: 05.11.21

 

İşəgötürənin reytinqi