Korporativ hüquq şöbəsinin müdiri

  • PASHA Life
  • Elanın qoyulma tarixi: 21.10.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə Öhdəlikləri:

• Korporativ hüquq şöbəsinin fəaliyyətinə rəhbərlik etmək, şöbənin işini təşkil etmək və nəzarəti həyata keçirmək;
• Cəmiyyətin fəaliyyəti ilə əlaqədar ortaya çıxan sığorta, bank, investisiya, mülki, vergi, əmək və başqa hüquqi sahələr üzrə yaranan sorğuları cavablandırmaq, habelə digər hüquqi məsələlərin həll edilməsini təmin etmək;
• Müqavilə-hüquq sənədlərinin layihələrinin hazırlanmasını, Cəmiyyətə daxil olan bank, investisiya, təchizat və digər müqavilələrin hüquqi ekspertizasınının aparılmasını təşkil etmək, sənədlərin ekspertizası nəticəsində müəyyən olunan, qüvvədə olan qanunvericiliyə və cəmiyyətin maraqlarına uyğun olmayan məsələlərin aradan qaldırılması üçün təkliflər vermək, həmin sənədlərin elektron reyestrininin aparılmasını, adlı qovluqlarda saxlanılması və fayllaşdırılmasını təmin etmək;
• Sığorta məhsullarının hazırlanması zamanı zərurət yaranan məsələlər üzrə hüquqi rəylər vermək, habelə yeni və cari məhsullarla əlaqədar müqavilə, sığorta qaydaları, şəhadətnamə və digər əlaqəli hüquqi sənədlərin hazırlanmasında iştirak etmək;
• Cəmiyyəti məhkəmələrdə cavabdeh, iddiaçı, üçüncü şəxs (maraqlı şəxs) və digər proses iştirakçısı kimi, o cümlədən mübahisələrin məhkəməyəqədərki həlli ilə bağlı proseslərdə (mediasiya) təmsil etmək, prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlardan istifadə edərək Cəmiyyətin maraq və mənafelərini keyfiyyətli formada müdafiə etmək və məhkəmələrə təqdim edilməsi üçün yazılı vəsatətlər, etirazlar (mülahizələr), izahatlar, şikayətlər və digər sənədlər hazırlamaq və Cəmiyyətə qarşı təmin edilən iddialar üzrə qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına nəzarət etmək;
• Cəmiyyəti nəzarətedici orqan, dövlət qurumları, hüquq mühafizə orqanları və digər səlahiyyətli qurumlarda verilmiş müvafiq səlahiyyət əsasında və çərçivəsində təmsil etmək;
• Məhkəmə, hüquq mühafizə orqanları, icra şöbələri, vəkillər, notariuslar və digər səlahiyyətli qurumlardan daxil olan hüquqi sorğuların cavablandırılmasını təmin etmək;
• Filial və nümayəndəliklərin açılması və ləğv edilməsi, lisenziyalaşdırma və icazələrin alınması, qiymətli kağızların emissiyası məsələlərini təşkil etmək, habelə təsis sənədləri ilə bağlı digər işlərin görülməsini təmin etmək;
• Əmrlərin, sərəncamların, təlimatların və digər təşkilatı-sərəncamverici sənədlərin hazırlanmasında hüquqi rəyə ehtiyac olduqda iştirak etmək;
• Cəmiyyətin hüquqi fəaliyyətinin təşkili ilə bağlı rəhbərliyin tapşırıqlarının yerinə yetirilməsini təmin etmək;

Namizədə olan tələblər:

İş təcrübəsi: Hüquq sahəsi üzrə 3-5 il iş təcrübəsi tələb olunur.
Təhsili/ixtisası: Hüquq sahəsi üzrə bakalavr dərəcəsi.
Dil bilikləri: Azərbaycan dili: əla, İngilis dili: əla, Rus dili: orta.
Kompüter bilikləri: MS Office: əla.
Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və keyfiyyət yönümlülük, məlumat əldəetmə.
Liderlik səriştələri: strateji düşünmə, ruhlandırma, istedadı inkişaf etdirmə, təsir göstərmə, nəticəyə istiqamətləndirmə.

İmtiyazlar:

Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası.

Digər məlumatlar:

Ünvan: Bakı şəhəri, Səbail rayonu, Sahil Plaza, M.Useynov pr., 61
Əlaqə vasitələri: www.pasha-life.az (+994 12) 942
Vakansiya üçün müraciət qaydası: Namizədlər https://pasha-life.az/about?lang=az#career keçidindən istifadə edərək vakansiyasının təsviri forması ilə tanış olub, səhifənin sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət etməlidirlər

*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi