Kiçik və orta biznes müştəriləri ilə iş şöbəsinə mütəxəssis (Gəncə)

  • ABB ASC
  • Elanın qoyulma tarixi: 21.10.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Görəcəyiniz işlər:

• KOS müştərilərin Banka cəlbini və məhsul satışını həyata keçirmək;
• KOS subyekti olan müştərilər üzrə əməliyyat sorğularını lazımi struktur orqanlarla əlaqələndirmək, əməkdaşlıq və müraciət zamanı prosesi təqib etmək, yarana biləcək problemlərin həllinə sonadək dəstək olmaq;
• Kredit sifarişi üzrə təhlil prosesində məlumatların yığılmasında iştirak etmək;
• KOS subyekti olan müştərilər üzrə gecikmələrin ilkin təqibini həyata keçirmək;
• KOS subyekti olan müştərilər üzrə ilkin sənəd dövriyyəsini həyata keçirmək;
• Mövcud müştəri portfeli üzrə əməkdaşlıq və müraciət zamanı prosesi təqib etmək, yarana biləcək problemlərin həllinə sonadək dəstək olmaq;

Bizim üçün ideal namizəd:

• Ali iqtisadi təhsili olan;
• Azərbaycan dilini səlis bilən;
• Yüksək səviyyədə ünsiyyət qurma bacarığı olan;
• Yüksək səviyyədə satıcılıq xüsusiyyətləri olan olan şəxsdir.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən şəhər və vəzifə adının “Kiçik və orta biznes müştəriləri ilə iş şöbəsinə mütəxəssis (Gəncə)” göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

İşəgötürənin reytinqi