Layihələrin idarə olunması prosesləri üzrə biliklər.
Tələb olunan fərdi keyfiyyət göstəriciləri:
Ümumi fərdi keyfiyyət meyarları:
- Motivasiya;
- Komanda işi;
- Nəticəyönümlülük;
- Etibar yaratma;
- Məsuliyyətlilik.
Funksional fərdi keyfiyyət meyarları:
- Keyfiyyət yönümlülük;
- Analitik düşüncə;
- Diqqətlilik.
Digər tələb və üstünlük göstəriciləri:
İdarəetmə, layihələrin idarə olunması sahələri üzrə təhsil almış namizədlərə üstünlük verilir;
Magistr dərəcəsi və PMP arzuolunandır.
Vəzifə öhdəlikləri:
Layihələrin yerinə yetirilməsi məqsədilə zəruri məlumatların toplanması;
Layihələr üzrə məlumatların təhlil edilməsi və aidiyyəti üzrə təqdim edilməsi;
Layihə üzrə aparılan işlərin şirkətin digər struktur bölmələri ilə koordinasiya edilməsi;
Layihə üzrə aparılan işlərin müəyyən olunmuş norma və standartlara, layihə planına və büdcəsinə uyğunluğunun təmin edilməsi;
Layihə üzrə zəruri sənədləşdirmə işlərinin təşkil edilməsi;
Layihələrin gedişatı haqqında rəhbərliyə dövrü hesabatların hazırlanması və təqdim edilməsi;
Verilənlərin təhlil edilməsi və aidiyyəti üzrə təqdim edilməsi;
Cəmiyyətdə, habelə digər dövlət qurumlarında yaradılmış komissiyalarda, işçi qruplarında, fəaliyyətinə aid məsələlər üzrə keçirilən müxtəlif səviyyəli yerli və beynəlxalq tədbirlərdə Cəmiyyətin təmsil edilməsi və onların işində iştirak edilməsi;
Təqdimatların hazırlanması.
Son müraciət tarixi: 04.11.2021
Müraciət üçün link: https://career.ady.az/Vacancy/Get?id=1771#vp