SƏTƏM inspektoru

İşin təsviri

Öhdəliklər:

- İstehsalat sahəsində əməyin mühafizəsi və texniki təhlükəsizliyi qaydalarına nəzarət etmək;
- İstehsalatda zədələnmə səbəblərinin analizı və qarşısını almaq üçün tədbirlər hazırlamaq;
- Müəssisədə sanitar texniki vəziyyətin yoxlanılmasına nəzarət etmək;
- Sağlam və təhlükəsiz iş şəraitinin yaradılması üçün kompleks planların hazırlanmasını təşkil etmək;
- İşə qəbul edilənlərlə giriş təlimatı aparmaq və işçilərə əməyin mühafizəsi üzrə ortaya çıxan məsələlərinin həll edilməsində köməklik göstərmək;
- İstehsalatda ətraf mühitin çirkləndirilməsinin qarşısını alınması üçün tədbirlərin hazırlanmasında iştirak etmək;
- Təxliyyə planının hazırlanmasında iştirak etmək və işçilərə bu barədə təlimatın keçilməsini təmin etmək;
- Müəssisədaxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsini təmin etmək;
- Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlayıb təqdim etmək;
- İşçilərin əməyin mühafizəsi və təhlükəsizlik təlimatı üzrə biliklərinin yoxlanılmasında iştirak etmək;
- SƏTƏMM üzrə təlimatların hazırlanmasında iştirak etmək;
- İstehsalatda baş verən bədbəxt hadisələrin araşdırılmasında iştirak etmək və önləyici tədbirləərin görülməsini təmin etmək;

Tələblər:

- Ali təhsili;
- Müvafiq sahə üzrə1-3 il iş təcrübəsi;
- Problemləri həll etmə bacarığı;
- Təhlil etmə bacarığı;
- Kargüzarlıq qaydaları haqqında biliklər;
- Ünsiyyət qurma bacarığı;
- MS Office proqramında sərbəst işləyə bilmək bacarığı (EXCEL - yüksək səviyyədə);

Uyğun namizədlər CV formalarınızı [email protected] elektron poçt ünvanına göndərə bilər. Xahiş olunur CV-ləriniz mövzu yerində müraciət etdiniz vəzifəni qeyd edəsiniz.