Elektrik mühəndisi

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Bina və obyektlərdə elektrik naqillərinin quraşdırılması və lazım gəldikdə hər hansı elektrik işlərinə rəhbərlik.
  • Elektrik sistemlərinin, onların komponentlərinin və elektrik avadanlıqlarının tədqiq edilməsi, planlaşdırılması, qurulması, istismarı, saxlanması və təmiri ilə bağlı məsləhətlərin və təlimatların verilməsi
  • Bina içi elektrik xətlərin çəkilişinin həyata keçirilməsi.
  • Torpaq altı kabel xətlərinin çəkilişi. 
  • Kabel kanalların çəkilişi; 
  • Sahədə aparılan Elektrik işlərinə nəzarət etmək, qiymətləndirmək, müvafiq hesabatlar hazırlamaq və dəyişikliklər təklif etmək.
  • Nasazlığın təyin edilməsi və aradan qaldırılması;
  • Tikinti və quraşdırma standartları və spesifikasiyalarının tələblərinə uyğun

layihələrin təminatı üçün texniki dəstək;

  • Elektrik təchizatı üzrə sınaq və yoxlamalar aparmaq.
  • Tamamlanmış quraşdırma işlərinin layihəyə və avadanlığın texniki xarakteristikasına uyğunluğunun, iş və təhlükəsizlik standartlarına cavab verməsinin təmin edilməsi məqsədilə təftiş və müşahidə prosesini həyata keçirmək
  • Elektrik təchizatı üzrə sənədlərin və hesabatların tərtib edilməsi.
  • Layihələrin uğurla, vaxtında və büdcə çərçivəsində aparılmasına nəzarət.

Namizədə dair tələblər:

  • Elektrik sahəsi üzrə ali təhsil
  • Tikinti sahəsi üzrə (yaşayış və inzibati binalar, otellər və ticarət mərkəzləri və s.) 5 ildən yuxarı təcrübə 
  • Zəif axım sistemləri üzrə (CCTV, SMATV, İntercom,Yanğın) bilik və təcrübəsi olan. 
  • Elektrik sistemlərinin və layihələrinin sərbəst oxuma bacarığı
  • Hesabat hazırlama və analiz etmə bacarığı.
  • İngilis və ya Rus dili bilikləri mütləqdir.

Uyğun namizədlərdən əmək haqqı tələbləri göstərilməklə elektron ünvanına mövzu yerinə “Elektrik mühəndisi” yazaraq CV göndərmələri xahiş olunur.

Urban City Construction LLC tərəfindən digər vakansiyalar