Elektrik mühəndisi

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Bina və obyektlərdə elektrik naqillərinin quraşdırılması və lazım gəldikdə hər hansı elektrik işlərinə rəhbərlik.
  • Elektrik sistemlərinin, onların komponentlərinin və elektrik avadanlıqlarının tədqiq edilməsi, planlaşdırılması, qurulması, istismarı, saxlanması və təmiri ilə bağlı məsləhətlərin və təlimatların verilməsi
  • Bina içi elektrik xətlərin çəkilişinin həyata keçirilməsi.
  • Torpaq altı kabel xətlərinin çəkilişi. 
  • Kabel kanalların çəkilişi; 
  • Sahədə aparılan Elektrik işlərinə nəzarət etmək, qiymətləndirmək, müvafiq hesabatlar hazırlamaq və dəyişikliklər təklif etmək.
  • Tikinti və quraşdırma standartları və spesifikasiyalarının tələblərinə uyğun layihələrin təminatı üçün texniki dəstək;
  • Elektrik təchizatı üzrə sınaq və yoxlamalar aparmaq.
  • Tamamlanmış quraşdırma işlərinin layihəyə və avadanlığın texniki xarakteristikasına uyğunluğunun, iş və təhlükəsizlik standartlarına cavab verməsinin təmin edilməsi məqsədilə təftiş və müşahidə prosesini həyata keçirmək
  • Elektrik təchizatı üzrə sənədlərin və hesabatların tərtib edilməsi.
  • Layihələrin uğurla, vaxtında və büdcə çərçivəsində aparılmasına nəzarət.

Namizədə dair tələblər:

  • Tikinti sahəsi üzrə (yaşayş və inzibati binalar, otellər və ticarət mərkəzləri və s.) 5 ildən yuxarı təcrübə 
  • Elektrik sahəsi üzrə ali təhsil
  • Zəif axım sistemləri üzrə (CCTV, SMATV, İntercom,Yanğın) bilik və təcrübəsi olan. 
  • Elektrik sistemlərinin və layihələrinin sərbəst oxuma bacarığı
  • Hesabat hazırlama və analiz etmə bacarığı.

Uyğun namizədlərdən əmək haqqı tələbləri göstərilməklə mövzu yerinə “Elektrik mühəndisi” yazaraq CV göndərmələri xahiş olunur.

Urban City Construction LLC tərəfindən digər vakansiyalar