Maliyyə üzrə menecer

  • AzerBlast MMC
  • Elanın qoyulma tarixi: 19.10.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

• Milli Mühasibat Uçotun Standartları əsasında uçot siyasətini təşkil etmək;
• Əmlakın, öhdəliklərin və bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunun aparılmasına nəzarət etmək;
• Maliyyyə-uçot siyasətinin əsas istiqaməti olan likvidliyin qorunmasını təmin etmək;
• Cəmiyyətin büdcəsinin proqnozlarının maliyyə baxımından yerinə yetirilməsini təmin etmək;
• Maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotunun təşkilini təmin etmək;
• Maddi, əmək, maliyyə vəsaitlərin qənaətli istifadəsi və Cəmiyyətin əmlakının qorunması istiqamətində tədbirlər görmək;
• Cəmiyyətin maliyyə strategiyasını və onun maliyyə sabitliyinin təməlini hazırlamaq;
• Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin analizi və bu fəaliyyətin maliyyə göstəricilərində təsvirini təmin etmək;
• Vergi hesabatlarının (Əmlak, Torpaq, Ədv, ÖMV, Mənfəət), Məşğulluq, Statistika və DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi;
• İFRS standartları üzrə hesabatların hazırlanması;
• Beynəlxalq stdandartlarına uyğun hesabatların hazırlanması;
• Xərclərin təhlili və optimallaşdırılması;
• Debitor və Kreditorlarla hesablaşmalar;
• Əmək haqqının hesablanması və ştat cədvəlinin hazırlanması;
• Məhsul dəyərinin kalkulyasiyası, itkilərin uçotu;
• Məzuniyyət , son haqq-hesab, müavinətlərin hesablanması;
• Büdcələmə, əməliyyat büdcəsi, gəlir və xərclərin büdcəsi, pul vəsaitlərin hərəkətləri, proqnoz balansı və büdcənin yerinə yetirilməsinə nəzarət. Sapmaların təhlili.
• Bank əməliyyatının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi, ödənişlərin internet bankçılıq vasitəsi ilə həyata keçirilməs;

Namizədə qarşı tələblər:

• Cəmiyyətin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etməli;
• Çox tapşırıq rejimi və məhdud vaxt çərçivəsində işləmək, məsuliyyət və analitik düşüncə bacarığı;
• Cəmiyyətin kommersiya və digər sirləri gizli saxlanılmalı;

Bilməli olduğu qayda və təlimatlar:

• Аzərbаycаn Rеspublikаsının “Mühаsibаt uçоtu hаqqındа qаnunu”nu, Аzərbаycаn Rеspublikаsının “Vergi Məcəlləsi”ni;
• Cəmiyyətin daxili prosedur qaydalarını;
• Sertifikatlara dair tələblər: ACCA, CIMA, CPA və ya bunlara ekvivalent olan beynəlxalq sertifikatlar arzuolunandır;
• Müvafiq sahədə ali təhsil (Maliyyə, İqtisadiyyat və s. sahələrdə)
• Göstərilən vəzifə üzrə ən azı 3 illik iş təcrübəsi;
• Dil bilikləri: Azərbaycan dili-səlis;
• Rus dili arzuolunandır;
• İngilis dili arzu olunandır;
• Kompüter biliyi: MS Office (Word, Excel) “1C”;

Göstərilən tələblərə uyğun namizədlər [email protected] e-mail ünvanına müraciət edə bilərlər.

AzerBlast MMC tərəfindən digər vakansiyalar