Təchizat və inzibati işlər üzrə aparıcı mütəxəssis

İşin təsviri

İş yeri: Gəncə şəhəri

Vəzifə öhdəlikləri:

  • Təchizat üzrə menecer, cəmiyyətin struktur bölmələrinin verdiyi sifarişlər əsasında vaxtlı-vaxtında zəruri əsas və köməkçi materiallarla, həmçinin mövcud normalara və məsrəf əmsallarına uyğun şəkildə, cəmiyyətin fəaliyyətinin normal təşkili üçün tələb olunan nomenklatura və təyinatı üzrə avadanlıqlarla, ehtiyat hissələri ilə təmin olunması işlərini həyata keçirir;
  • Satınalma siyasətləri və prosedurları əsasında şirkətin müxtəlif şöbələri üçün malların, işlərin və xidmətlərin satın alınmasının təşkilini və həyata keçirilməsini təmin etmək; Satınalma Siyasəti və Prosedurları əsasında tender sənədlərini təşkil etmək, tender komissiyasının iclaslarında müzakirələrə kömək etmək, iclas protokollarını hazırlamaq və müvafiq prosedurları həyata keçirmək;
  • Satınalma Siyasəti və Prosedurları əsasında qiymət kotirovkası sənədlərinin işlənib hazırlanmasını təşkil etmək, potensial təchizatçıları tapmaq, tender təklifləri göndərmək, nəticələr barədə tender komissiyasının üzvlərini məlumatlandırmaq və bütün müvafiq prosedurları həyata keçirmək;
  • Verilən sifarişlər əsasında mal-materialların texniki göstəricilərini dəqiqləşdirərək siyahılarını hazırlamaq, istər müqavilə ilə, istərsə nəğd ödəmə yolu ilə alınmasını təşkil etmək; 
  • Xərclərə qənaət etmək məqsədilə bazar araşdırması aparmaq və yeni potensial təchizatçıları müəyyən etmək;
  • Müqavilələrin həyata keçirilməsi və nəzarətdə saxlanılması, müqavilə şərtlərinin müəyyən olunması;
  • Malların gətirilmə müddətini müəyyən etmək və onun müqabilində nəqliyyat sifariş vermək;
  • Alınan mal-materialların mədaxil üzrə alınmasını və buraxılmasını qeyd etmək;
  • Müqavilələr əsasında göndərilən mal-materialların sertifikata uyğun olmayan hallarda öz iradlarını bildirmək üçün müvafiq sənədləri hazırlayıb təqdim etmək;
  • Limit üzrə alınan malların verilməsi və texniki təchizat üzrə planın yerinə yetirilməsinə nəzarət etmək;
  • Malgöndərən təşkilatlarla, müəssisələrlə yazışmalar aparmaq və bunun müqabilində müvafiq qaydalara uyğun müqavilələr hazırlamaq;
  • Gömrük rəsmiləşdirilməsi (sifarişlərin hazırlanması, gömrük rəsmiləşdiriməsi üçün lazımi olan bütün sənədlər paketinin təqdim olunması);

Bilməli olduğu qayda və təlimatlar:

  • Satınalmalar üzrə Azərbaycan Respublikasının müvafiq qanunvericiliyini o cümlədən Dövlət Satınalmaları haqqında Qanunu; 
  • Tenderin keçirilməsi üzrə müvafiq qanunvericiliyin və daxili qaydalara uyğun olaraq məhsul və xidmətlərin satınalınması üzrə qiymət sorğusu/tenderlərin elan olunmasını, prosesin idarəolunması, təkliflərin təhlil edilərək ən sərfəli kommersiya şərtlərinin əldə edilməsi üçün təchizatçılarla danışıqlar aparılmasını;
  • Mal-materialların alınması və mal göndərənlərlə satınalma müqavilələrinin bağlanması qayda və metodlarını; 
  • Daxili nizam-intizam qaydalarını;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat və yanğından mühafizəsinin norma və qaydalarını;
  • ISO 9001 Keyfiyyət idarəetmə sisteminin tələbləri çərçivəsində təchizat proseslərinin təşkil edilməsi.
  • Ali-texniki və ya mühəndis-texniki təhsil və müəssisənin profilinə uyğun rəhbər və mühəndis-texniki vəzifələrdə 3 ildən az olmayaraq iş stajı;

Namizədə qarşı tələblər:

  • Azərbaycan, rus və ingilis dillərində yaxşı səviyyədə danışıq qabiliyyəti;
  • Kompyuter biliyi: Microsoft Office, 1C proqramlarını bilməli;
  • Fərdi keyfiyyətlər: məsuliyyət, diqqətlilik, müstəqil qərar vermək və ünsiyyət qurmaq qabiliyyəti;

Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

AzerBlast MMC tərəfindən digər vakansiyalar