Əmək funksiyaları:
• Layihələndirmə üçün ilkin məlumatları yığmaq və çertyojları çəkmək;
• Layihələrdə təmir-tikinti işlərinə nəzarət, konstruksiya işlərini düzgün təşkil etmək;
• Tikintidə istifadə olunacaq tikinti materiallarını müəyyən etmək və zəruri tikinti materiallarını siyahı şəklində təchizat şöbəsinə yönləndirmək;
• Binanın havalandırma, kondisioner, santexnika və elektrik sistemlərinə nəzarət etmək;
• Tabeliyində olan işçilərin işlərini təşkil etmək və onlara nəzarət etmək;
• Texnoloji intizama riayət etmək, tikinti norma və qaydalarını yerinə yetirmək;
• Forma 2, Forma 3 və digər normativ sənədləşmə işlərini aparmaq;
• Görülən işlərin keyfiyyətlə həyata keçirilməsini təmin etmək;
• Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında yerinə yetirmək.
Namizədə olan tələblər:
• Ali təhsil (İnşaat mühəndisi ixtisası üzrə olması üstünlükdür);
• Qeyd olunan sahədə minimum 3 il iş təcrübəsi;
• Azərbaycan dilini bilmək zəruridir. Rus dilini bilmək arzuolunandır;
• Word, Excel və Autocad proqramlarını istifadəçi səviyyəsində bilməlidir;
• Sürücülük vəsiqəsi və şəxsi avtomobil olmalıdır.
İş şəraiti:
• 6 günlük iş həftəsi;
• Əmək haqqı 1500 manat + (namizədin təcrübə və biliklərinə uyğun olaraq)
Vakansiyaya müraciət üçün “İnşaat mühəndisi (İş icraçısı)” mövzusu ilə [email protected] e-mail ünvanına CV göndərməyiniz xahiş olunur.