“Bizim Market” supermarket şəbəkəsi 2006-cı ildə “Şərifzadə 154 a” ünvanında “İnşaatçılar” filialı ilə fəaliyyətə başlamışdır.
Qısa zamanda alıcıların rəğbətini qazanan “BizimMarket” supermarket şəbəkəsi ardıcıl olaraq Bakı şəhərinin müxtəlif yerlərində öz filiallarını artıraraq fəaliyyət zolağını genişləndirmişdir. Hazırda “ Bizim Market” supermarket şəbəkəsinin 14 filialı müştərilərin ixtiyarındadır. Fəaliyyətə başladığı ilk zamandan “Yüksək Xidmət” və “Sərfəli Qiymət” prinsiplərini əsas hesab edərək indiyədək bu meyarlara öz işində sadiqdir.
"Bizim Market" supermarket şəbəkəsinin strateji mövqeyi : Alıcıları münasib qiymət və mükəmməl xidmət ilə keyfiyyətli məhsullarla təmin edərək Azərbaycanın ticarət şəbəkələri sırasında qabaqcıl mövqeyə nail olmaq.
"Bizim Market" supermarket şəbəkəsinin missiyası: Alıcıların ehtiyaclarına tam cavab vermək üçün dinamizm, yenilik və fərdi yanaşma prinsiplərini əsas tutmaq - alıcıların, təchizatçıların və işçilərin maraqlarını qorumaq