Korporativ müştərilərlə iş üzrə şöbənin müdiri

  • Air Group
  • Elanın qoyulma tarixi: 10.10.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə tələblər:

• Təhsil:Ali
• Yaş həddi: 30-45;
• Kompüter biliyi: MS Office (Word, Excel, Outlook, PowerPoint);
• Azərbaycan və İngilis dilləri yüksək, Rus dili yaxşı səviyyədə olmalı;
• Aparıcı Şirkətlərdə idarəetmə təcrübəsi (Marketinq və satış sahəsində olanlara üstünlük verilir);
• Loyallıq proqramı ilə iş təcrübəsi üstünlükdür.

Namizədə tələblər:

- Düzgün şifahi və yazılı nitq qabiliyyəti, ünsiyyət qurma bacarığı;
- İdarəetmə qabiliyyəti;
- Yenilikçi, kreativ olmaq, sahə üzrə trendləri görmək;
- Detallara diqqət etmək, yaradıcı və məsuliyyətli olmaq, təqib etməyi bacarmaq;

İş barədə məlumat:

- Satış strategiyasının hazırlanması və icrasına nəzarət;
- Müştərilərlə münasibətlərin təşkil və idarə edilməsi;
- Müştərilərin düzgün şəkildə qəbul edilməsinin təşkili;
- Müştərilərin düzgün məlumatlandırılmasına nəzarət ;
- Müştərilərin düzgün analiz edilməsinin təşkili;
- Müştərilərə Şirkətin sənədləşmə sisteminin qurulması;
- Müştərilər üçün təklif paketlərinin hazırlanmasında yaxından iştirak edilməsi;
- Şöbənin işinə rəhəblik və nəzarət edilməsi;
- Şirkətlərlə korporativ danışıqların, korporativ yazışma etikası əsasında Şirkətdaxili, ölkədaxili və Beynəlxalq yazışmaların aparılması;
- Bazarın, rəqiblərin müntəzəm araşdırılması və təhlilinin aparılması və prosesə nəzarət;
- Görülən işlər barədə həftəlik, aylıq və illik hesabatların rəhbərliyə təqdim edilməsi; Müştəri bazası və yerli bazardakı trendlərin təhlilinin aparılması, müştərilərin tələblərini öncədən praqnozlaşdırılması;
- Rəhbərlik etdiyi şöbə əməkdaşlarının işinə nəzarət edilməsi.

Əlavə məlumatlar:

• Əmək haqqı: Razılaşma ilə
• İş qrafiki: 5 gün, 09:00 – 18:00.
• Korporativ nömrə və danışıq balansı
• AR Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə
• Layihə: AZAL Club

Maraqlı namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Korporativ müştərilərlə iş üzrə şöbənin müdiri” sözlərini qeyd edərək [email protected] e-ünvanına göndərsinlər.