Marketinq üzrə mütəxəssis

  • Ferrum Capital
  • Elanın qoyulma tarixi: 07.10.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Hansı özəlliklərə malik olmalıdır?

• Marketinq sahəsində minimum 1 il iş təcrübəsi
• Hədəf seqmentlərin identifikasiya və təhlil olunmasında, onlar üçün müvafiq kommunikasiya kanallarının seçilməsində təcrübəyə malik olmaq
• Kommunikasiyalar üçün hədəfə yönəldilmiş kontentin seçilməsi qabiliyyətinə malik olmaq
• Online marketing vasitələri haqqında dərin bilik və bacarıqların olması (Google Ads, Facebook Ads Manager, Google Analytics, Programmatic Ads və s.)
• Kommunikasiya smetalarını tərtib etmək
• Yeni trendləri mütəmadi olaraq izləmək
• Azərbaycan və rus dillərini yüksək səviyyədə bilmək, ingilis dilinin bilinməsi arzuolunandır
• Yaradıcı yanaşma, ünsiyyətcil olması və komanda idarə etmə bacarıqları

Marketinq üzrə mütəxəssis nə iş görür?

• Marketinq kommunikasiyaları üzrə strategiya və taktiki tədbirlərin hazırlanmasında marketinq menecerinə dəstək göstərmək
• Marketinq kommunikasiyaları ilə bağlı kampaniyaların uğurla həyata keçirilməsinə nəzarət etmək
• Vebsaytlar, sosial media, “leads generation”və digər kommunikasiya kanallarının miksini layihələr üzrə tərtib etmək və əsaslandırmaq
• Bütün kommunikasiyaların kontentinə nəzarət etmək və lazımi hallarda yaratmaq
• Şirkətin korporativ kommunikasiyası üzrə təkliflər vermək və ona nəzarət etmək
• Layihələrin icrasında cari menecmenti həyata keçirmək.

Əlavə məlumat:

• Bazar ertəsi – Cümə: 09:30 – 18:30
• Şənbə: 10:00 – 14:00

Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Marketinq üzrə mütəxəssis” qeyd etməklə [email protected] e-mail ünvanına göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

İşəgötürənin reytinqi