Korporativ müştərilərlə iş üzrə koordinator

  • Barattson
  • Elanın qoyulma tarixi: 07.10.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifə öhdəlikləri:

• Müştərilərlə sıx əlaqədə olmaq, onlarla zəng və ya email vasitəsi ilə rəsmi danışıqların aparılması, ilkin əlaqənin qurulması və görüşlərin təyin olunması;
• Təlim sorğusuna əsasən qiymət təklifinin hazırlanıb müştəriyə göndərilməsi;
• Təklifin izlənilməsi və müştəri ilə razılaşdırılması;
• Əldə olunan razılıq əsasında müqavilənin hazırlanması və imzalatdırılması;
• Maliyyə və digər sənədlərin müştəriyə göndərilməsi;
• Təlimlərin təşkili, koordinasiyası, təlimçi və şirkət arasında qrafikin təyin olunması;
• Müştəri ödəmələrinin təqibi və nəzarətdə saxlanılması;
• Korporativ müştərilərlə bağlı qarşıya çıxan məsələlərin vəzifə səlahiyyəti çərçivəsində həll edilməsi;
• Korporativ təkliflərin məzmunu və ya təfərrüfatlarının müvafiq bölmələrdən məlumat alaraq hazırlanması;
• Şirkətin satış həcminin artırılmasına dəstəyin verilməsi;
• Bölmə üzrə aylıq hesabatların hazırlanmasında birbaşa iştirakı;
• Gündəlik tapşırıqların nəticəsi barədə xətti menecerin məlumatlandırılması;
• Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.

Əsas tələblər:

• Ali təhsil
• Korporativ əlaqələr üzrə ən azı 1 il iş təcrübəsi
• Dil bilikləri: Azərbaycan dili-səlis, İngilis və Rus dillərini bilmək üstünlükdür
• Kompüter bacarıqları: “Microsoft Office” proqramlarını xüsusilə Word, Excel, Power Point işgüzar səviyyədə bilmək
• Müştəriyönümlü satış bacarığı
• Satış texnikaları üzrə nəzəri və praktiki biliklərə malik olmalı
• Çevik işləmək bacarığı
• Dürüst və məsuliyyətli olmalı

Əmək haqqı: 400 AZN + bonus.

İş qrafiki: 6 günlük

Namizədlərdən CV formaların [email protected] email ünvanına, mövzu hissədə mütləq vəzifənin adı “Korporativ müştərilərlə iş üzrə koordinator”qeyd olunmaqla göndərməkləri xahiş olunur.

CV-nin son göndərilmə tarixi: 31 oktyabr 2021 ci il.

İşəgötürənin reytinqi