Əmək haqqı hesablanması üzrə mühasib

  • Para BOKT
  • Elanın qoyulma tarixi: 03.10.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

• İşçilərin aylıq əmək haqlarının, gəlir vergisi, sosial sığorta və digər tutulmaların hesablanması və ödənilməsi;
• Əmək haqqı üzrə müxabirləşmələrin verilməsi və yoxlanması;
• Məzuniyyət haqlarının, xəstəlik vərəqəsi üzrə ödəmələrin, mükafatların və son haqq-hesab ödənişlərinin hesablanması və ödənişi;
• DSMF tərəfindən ödənilən müavinətlərin dövlət elektron sistemində işlənməsi;
• İşçilərin əmək haqqı ilə bağlı suallarının vaxtlı-vaxtında cavablandırılması;
• Vahid vergi bəyannaməsinin hazırlanması və təqdim olunması;
• Əmək haqqı üzrə statistika hesabatlarının hazırlanması;
• İşçilər üçün bank kartlarının sifarişi və əmək haqqı kartları ilə bağlı problemlərin həllində dəstək;

Tələblər:

• Maliyyə, vergi və ya mühasibat uçotu sahəsində ali təhsil;
• Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi;
• Əmək Məcəlləsi və Vergi Məcəlləsi üzrə müvafiq biliklər;

İş şəraiti:

• 6 günlük iş həftəsi (Şənbə 10:00-16:00)
• Nahar fasiləsi: 13:00-14:00

Bu vəzifəyə müraciət etmək üçün CV-ni [email protected] ünvanına “Əmək haqqı hesablanması üzrə mühasib” yazmaqla göndərə bilərsiniz. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.