Memar

İşin təsviri

• Yaş: 25 - 40 yaş

• Təhsil: Ali
• İş təcrübəsi - Minimum 3 il

Vəzifələri:

- müxtəlif məqsədlər üçün tikilən obyektlərin kompleks layihələrinin memarlıq hissəsinin işlənib hazırlanması, o cümlədən, fasadların yığılması;

Bilməlidir:

- tikinti norma və qaydalarını;
- tikintinin inkişafına, layihə və tikinti işlərinin aparılmasına aid yuxarı təşkilatların qərar, sərəncam və göstərişlərini, metodiki normativ və digər rəhbər materialları;
- layihələndirmənin metodlarını; layihə işlərinin təşkili və planlaşdırılmasını;
- işlənib hazırlanmış layihələrə qoyulmuş texniki, bədii, iqtisadi, ekoloji, sosial və digər tələbləri;
- şəhərsalma və memarlıq tapşırıqlarının həyata keçirilməsində yerli təbii, iqtisadi, sosial və digər şərtləri;
- tikinti materiallarının və konstruksiyaların növ və xüsusiyyətlərini;
- layihələndirmə və tikinti işində qabaqcıl təcrübəni;

Tələblər:

Əsas proqram bilikləri:
- AutoCad və ya ArchiCad
- 3Dmax
- Photoshop
- Ofis proqramları

Əsas bacarıqlar:
- Kommunikabellilik
- Verilən tapşırıqların vaxtında yerinə yetirilməsi
- Məsuliyyətlilik

İş günləri: 1-5-ci günlər, saat 9.00-dan 18.00-dək
İstirahət günləri: şənbə, bazar günləri

Namizədlərdən CV ilə birlikdə portfolionun əlavə edilməsi də tələb olunur.

E-mail: [email protected]