İşin təsviri
                
                
                                
                Namizədə tələblər:
	- Memarlıq sahəsi üzrə ali təhsil;
 
	- Sahə üzrə ən azı 3 il iş təcrübəsi mütləqdir;
 
	- Müasir tikinti norma və qaydalarını bilməlidir (AzDTN qaydaları əsasında);
 
	- 3DsMax, AutoCad, SketchUp, Adobe Photoshop, Lumion proqramlarında professional səviyyədə işləmə bacarığı (Revit, İnDesign,İllustrator arzu olunandır);
 
	- Dil bilikləri : azərbaycan dili (yazılı və şifahi sərbəst ünsiyyət), digər dillər əlavə üstünlük hesab olunur;
 
	- BİM layihələrində iştirakı arzuolunandır; 
 
	- İşin vaxtında və keyfiyyətli təhvil verilməsi, müstəqil və qrup daxilində işləmək bacarığı;
 
	- Namizəd tərəfindən şəxsi Portfolionun göndərilməsi vacibdir;
 
	- Yaradıcılıq və müasir dizayn tendensiyaları üzrə biliklər, müştəri məmnuniyyətinə nail olma və təqdimat bacarığı.
 
Vəzifə öhdəlikləri:
	- Müvafiq proqram təminatı vasitəsilə tikiləcək obyektin vizual dizayn konsepsiyasını və təqdimat materialını hazırlayır;
 
	- Layihə-dizayn işlərinin seçilmiş dizayn ideyasına uyğun olaraq müəyyən edilmiş vaxtda icrasını təmin edir;
 
	- Müxtəlif təyinatlı obyektlərin kompleks layihələrinin memarlıq/dizayn hissəsinin (bölməsinin) işlənib hazırlanması;       
 
	- İnnovativ və kreativ ideyalar formalaşdırmaq bacarığı;
 
	- Müvafiq proqram təminatı vasitəsilə obyektin ilkin eskizinin yüksək keyfiyyətli üçölçülü (3D) təsvirlərinin hazırlanması;
 
	- İri miqyaslı layihələrdə işləmə bacarığı;
 
	- İşlərin tələb olunan müddətə keyfiyyətli hazırlanması və təhvili.
 
İş barədə məlumat:
	- İş qrafiki : 09:00-18:00,  həftə içi 5 gün;
 
	- Əmək haqqı:  işcinin təcrübə və biliyinə uyğun müsahibə əsasında təyin olunacaq;
 
	- İşə qəbul əmək qanunvericiliyə uyğun olaraq həyata keçirilir.  
 
Namizədlərdən xahiş olunur ki, CV-lərini uyğun ixtisas başlığı ilə e-mail ünvanına göndərsinlər.