İşin təsviri
Namizədə tələblər:
- Memarlıq sahəsi üzrə ali təhsil;
- Sahə üzrə ən azı 5 il iş təcrübəsi;
- Sahə üzrə yerli ve xarici standartlar üzrə biliklərə malik olmaq;
- AutoCAD, 3DsMax, Revit və s. ixtisaslaşdırılmış proqramlar üzrə yüksək səviyyədə bilik;
- Dil bilikləri : azərbaycan dili (yazılı və şifahi sərbəst ünsiyyət), digər dillər əlavə üstünlük hesab olunur;
- BİM layihələrində iştirakı arzuolunandır;
- İşin vaxtında və keyfiyyətli təhvil verilməsi, müstəqil və qrup daxilində işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
- Layihə - axtarış işlərinin aparılması üzrə sifarişçi və subpodrat təşkilatlarla müqavilə bağlanması üçün materialların hazırlanması, layihə həllinin iqtisadi cəhətdən səmərəliliyinin təcrübədə yoxlanılması;
- Subpodrat təşkilatlara texniki tapşırıqların işləyib hazırlanması və tapşırılmış işin icrası üçün, onların lazımi məlumatlarla təmin edilməsi;
- Qəbul olunmuş layihə tapşırıqlarının layihələndirmə və tikinti üzrə qüvvədə olan normativ sənədlərə uyğunluğunun təmin edilməsi;
- Layihənin memarlıq hissəsinin digər bölmələrlə əlaqəsinin, lazımi texniki sənədlərin komplektliyinin təmin edilməsi;
- Yuxarı təşkilatlarda və ekspertiza orqanlarında layihələrə baxılmasında, razılaşdırılmasında və müdafiəsində iştirak;
- Layihələndirilən obyektlərin tikintisində müəllif nəzarətini yerinə yetirilməsi, tikintidə istifadə edilən inşaat materialları, konstruksiya, məmulatların təsdiq olunmuş layihə standart və texniki şərtlərə uyğun olmasına nəzarət edilməsi;
- Lazımi texniki-iqtisadi əsaslandırma və tikinti-quraşdırma işlərinin həcmi üzrə hesablamanın tərtib edilməsi, tikintinin smeta dəyərinin, lazımi tərkibdə və sayda avadanlıq məmulat və materialların müəyyən edilməsi;
İş barədə məlumat:
- İş qrafiki : 09:00-18:00, həftə içi 5 gün;
- Əmək haqqı: müsahibə əsasında təyin olunacaq.
- İşə qəbul əmək qanunvericiliyə uyğun olaraq həyata keçirilir.
Namizədlərdən xahiş olunur ki, CV-lərini uyğun ixtisas başlığı ilə e-mail ünvanına göndərsinlər.