İşin təsviri
                
                
                                
                Namizədə tələblər:
	- Memarlıq sahəsi üzrə ali təhsil;
 
	- Sahə üzrə ən azı 5 il iş təcrübəsi;
 
	- Yerli ve xarici standartlar üzrə biliklər, yaradıcı düşüncə qabiliyyəti;
 
	- MS Office, 3DsMax, AutoCad, SketchUp, Adobe Photoshop, Lumion proqramlarında professional səviyyədə işləmə bacarığı (Revit, İnDesign,İllustrator arzu olunandır);
 
	- Dil bilikləri : azərbaycan dili (yazılı və şifahi sərbəst ünsiyyət), digər dillər əlavə üstünlük hesab olunur;
 
	- BİM layihələrində iştirakı arzuolunandır; 
 
	- İşin vaxtında və keyfiyyətli təhvil verilməsi, müstəqil və qrup daxilində işləmək bacarığı;
 
	- Namizəd tərəfindən şəxsi Portfolionun göndərilməsi vacibdir;
 
	- Yaradıcılıq və müasir dizayn tendensiyaları üzrə biliklər.
 
Vəzifə öhdəlikləri:
	- Memarlıq layihələrində sərbəst çalışmaq, eskiz layihələri hazırlamaq;
 
	- İnnovativ və kreativ ideayalar formalaşdırmaq bacarığı;
 
	- İri miqyaslı layihələrdə işləmə bacarığı;
 
	- Layihələndirmə normativlərinə yiyələnmək, lazım olduqda tələb olunan normativləri araşdırmaq;
 
	- Müasir materiallar və texnologiyalar ilə işləmə bacarığı (işıqlandırma, fasad materialları, landşaft elementləri və s.);
 
	- Layihələndirmə işləri üzrə müvafiq icraçılarla (memarlar, konstruktorlar və mühəndislərlə) işləmə bacarığı;
 
	- İşlərin tələb olunan müddətə keyfiyyətli hazırlanması və təhvili;
 
	- Layihələr üzrə obyektlərin ölçülərinin götürülməsi və çertyojların çəkilməsi;
 
	- Layihələrin interyer və eksteryer dizaynı.
 
İş barədə məlumat:
	- İş qrafiki : 09:00-18:00,  həftə içi 5 gün;
 
	- Əmək haqqı: müsahibə əsasında təyin olunacaq.
 
	-  İşə qəbul əmək qanunvericiliyə uyğun olaraq həyata keçirilir.  
 
Namizədlərdən xahiş olunur ki, CV-lərini uyğun ixtisas başlığı ilə e-mail ünvanına göndərsinlər.