Tələblər:
• Ali təhsil (Beynəlxalq iadarəetmə və münasibətlər sahəsində);
• Bu sahəsdə iş təcrübəsi;
• Əla səviyyədə Azərbaycan dili, Rus dili, İngilis dili biliyi;
• Azərbaycan Respublikası gömrük, daşımaçılıq qanunvericiliyi üzrə biliklər;
• MS Office (Word, Excel) proqramında sərbəst işləmək bacarığı;
• Analitik təhlil etmə qabiliyyəti;
• Verilmiş tapşırıqları vaxtında icra etmək, problemləri operativ həll etmək bacarığına, yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq.
Vəzifə funksiyaları:
- Daşıma işinin əvvəldən axıra kimi təşkil edilməsi
- Müştərilərin müvafiq stansiyalarla əlaqələndirilməsini təşkil etmək;
- İdxal-ixrac, tranzit və daxili daşınmalar üzrə yüklər üçün tarifləri hesablamaq;
- Müxtəlif marşrutların tariflərinin müqayisə edilməsi məqsədilə coğrafi və digər biliklərin müntəzəm olaraq təkmilləşdirilməsi;
- Daşınmaları üzrə dövri hesabatlar hazırlanması;
- Tarif bazasının formalaşdırılması, elektonlaşdırılması və mütəmadi yenilənməsində iştirak edilməsi;
- Müştərilərlə üzləşmə aparmaq, bunun üçün lazım olan daşıma informasiyasının müştərilərə çatdırılmasını təmin edilməsi;
- Loqistika üzrə mütəxəssis, daxil olan və göndərilən yüklərin, sənədlərin qəbulu, emalı, daşınması, yerləşdirilməsi, saxlanması, təyin olunmuş yerlərə yola salınması və vaxtında çatdırılmasına nəzarət edilməsi;
- Loqistika üzrə mütəxəssis həmçinin müştərilərlə xarici və daxili əlaqələrin yaradılması, yolasalma və çatdırılma tarixlərinin müəyyən edilməsi işlərini həyata keçirilməsi;
- Eyni zamanda qəbul-təhvil sənədlərinin düzgün rəsmiləşdirilməsinə, qəbul olunan malların razılaşmaya uyğun olmasına nəzarət edilməsi;
- İdxal, ixrac, qısa bəyannamələrin yazılması;
- Vaqon daşımaları zamanı bütün icazə, razılıqların alınması və danışıqların aparılması
- Ödənişlərin vaxtında ödənilməsinə nəzarət edir
İş yeri: “ALCO” MMC ofis- İçərişəhər, Vəli Məmmədov, 3 (Polşa Səfirliyinin yanı)
Əmək haqqı: 800 Azn
CV-lər [email protected] mail ünvanına göndərilsin.
Tel: 0125056810/11