Qrafik dizayner

  • Mandarin.az
  • Elanın qoyulma tarixi: 23.09.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

- Web səhifəsi kontenti üçün post şəkilləri dizayn etmək;
- Marketinq məqsədləri üçün yaxşı qurulmuş infoqrafika yaratmaq;
- Tapşırıqların vaxtında və texniki şərtlərə uyğun yerinə yetirilməsini təmin etmək üçün Layihə Meneceri ilə sıx əməkdaşlıq etmək,
- Video-animasiya işlərini bacarması üstünlükdür (motion design);
- Sosial media üçün qrafik dizaynların hazırlanması;
- Motion biliklər (Instagram üçün video stoylərin hazırlanması);
- 2D/3D qrafik animasiya və hərəkət kompozisiyalarının yaradılması;
- Sosial media paylaşımlarının və digər məzmunların hərəkətli vizuala salınması;
- Video montaj işlərinin aparılması;
- Şirkət məhsulları üçün mürəkkəb qrafiklər,animasiya, təqdimatlar və canlı video məzmunlar hazırlanması;
- Məhsullar üçün logo, korporativ üslub, çap məhsulları hazırlanması;
- Rəqəmsal layihələri həyata keçirilməsi;

Tələblər:

- Təcrübə: Minimum 2 il;
- Dil bilikləri: Azərbaycan Dili – mükəmməl, İngilis və Rus dili (üstünlükdür);
- Dizayn proqram paketi Adobe (Photoshop, Illustrator, InDesign) və CorelDraw biliklərinə sahib olmaq;
- Reklam və rəqəmsal marketinq sahəsində ən azı 2 illik iş təcrübəsi;
- Güclü eskiz və ya yaradıcılıq, qrafik dizaynda bacarıqlar;
- Güclü 2D/3D animasiya bacarıqları;

İş qrafiki: 5 günlük
Əmək haqqı müsahibə əsasında təyin ediləcək.

Vakansiyaya müraciət üçün CV-nizi “Qrafik dizayner” mövzusu ilə [email protected] e-mail ünvanına göndərməyiniz xahiş olunur.

Mandarin.az online satış bazarında yeni yaradılan və yüksək rəqabətliliyi ilə tanınan şirkət olaraq 2021-ci ildən fəaliyyətə başlamışdır.