Tələblər:
• Ali təhsil (jurnalistika, filologiya və ya pedaqoji sahə üzrə);
• İxtisası üzrə min. 3-5 il iş təcrübəsi;
• Azərbaycan dilində yüksək səviyyədə yazı bacarığı/qabiliyyəti;
• Xarici dilləri bilməsi (rus və ingilis dillərinə üstünlük verilir);
• Yazılı mətn, məqalə və s. hazırlamaq üzrə müvafiq təcrübə;
• Araşdırma,tədqiqatçılıq və təqdimetmə bacarığı;
• Təhliletmə və ümumiləşdirmə bacarığı;
• Böyük həcmli yazılı və şifahi məlumatlarla işləmək bacarığı;
• İKT sahəsi üzrə müvafiq bilik və bacarıqlar;
• Komandada işləmək bacarığı.
Öhdəliklər:
• Tələb olunan mövzular üzrə araşdırma aparmaq,
• Mətnlərin yazılı dil qaydalarına əsasən işləmək və redaktə etmək; .
• Təhsil sahəsi üzrə tədqiqatlar aparmaqla yeni təkliflər vermək;
• Müstəqil planlaşdırma aparmaq;
• Müvafiq sahədə monitorinq təşkil etmək və keçirmək;
• Proqram Departamentinin fəaliyyətinə uyğun olaraq kontenti (mətn, foto, video) hazırlamaq,
Məşğulluq:
• Tam, həftə içi 5 gün, 09:00-18:00
• Əmək haqqı müsahibə zamanı namizədin təcrübəsinə əsasən razılaşdırılacaqdır.
Uyğun namizədlərdən CV-ni [email protected] elektron ünvanına mövzu bölməsində vəzifənin adı (Məzmun üzrə mütəxəssis) yazmaqla 05.10.2021-ci il tarixədək göndərməyiniz xahiş olunur.
Sizi komandamızda görməkdən məmnun olarıq!