Vəzifə və Öhdəliklər:
• Satış həcminin artırılması məqsədilə şirkətin Tibbi sığorta məhsullarının müştərilərə telefon vasitəsilə təqdimatının həyata keçirilməsi
• Müştərilərdən gələn müraciətlərin vaxtında düzgün və dolğun cavablandırılması
• Gündəlik satış barədə müvafiq hesabatların hazırlanması
• Satışdan sonra müştərilərə tibbi sığorta üzrə məlumat xarakterli dəstəyin göstərilməsi
BİLİKLƏR:
• Ali təhsil
• Tibbi təhsil arzu olunandır (Ali, Orta ixtisas və ya Səhiyyə sahəsi ilə bağlı peşə və ya ixtisas artırma kursları)
• Dil bilikləri: Azərbaycan dilində yüksək səviyyədə şifahi və yazılı nitq
• Rus və İngilis dili biliklərinin olması üstünlük hesab edilir
• Ofis avadanlığı və MS Office proqram təminatı paketi ilə işləmək bacarığı
TƏCRÜBƏ:
• Səhiyyə sektorunun istənilən sahəsində 1 ildən az olmayan iş təcrübəsi
• Tibbi sığorta sahəsində iş təcrübəsinin olması üstünlükdür
BACARIQLAR:
• Stressə davamlılıq bacarığı- Eyni tipli sualların səbr və təmkinlə cavablandırılması
• Daimi öz üzərində işləmək, bilik və bacarıqların artırılması və inkişaf yönümlülük
• Komanda ilə işləmək bacarığı
Son müraciət tarixi: 01 Oktyabr 2021.
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.