Faktorinq üzrə kiçik mütəxəssis

  • Ferrum Capital
  • Elanın qoyulma tarixi: 13.09.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Sizə məlumat vermək istərdik ki, Ferrum Kapital komandasının böyük bir hissəsini istedadlı gənclər təşkil edir və bu cür gənclərin sayını artırmaq üçün yeni istedadlar axtarırıq. Komandamıza qoşulmaqla gənclər uğur qazanmaq və bizimlə birlikdə böyümək imkanı əldə edəcəklər.

Kimlər müraciət edə bilər?

• 21-29 yaş aralığında gənclər

Hansı özəlliklərə malik olmalıdır?

• Ali təhsil (maliyyə-kredit, iqtisadiyyat və digər əlaqəli sahə üzrə)
• Əla səviyyədə azərbaycan dili (Rus dili biliyi üstünlükdür)
• Yüksək səviyyədə riyazi biliklər və analitik qabiliyyət
• Yüksək ünsiyyət qurma və komandada işləmək bacarığı
• MS Excel üzrə biliklər

Faktorinq üzrə kiçik mütəxəssis nə iş görür?

• Müştərilərin faktorinq şərtləri barədə məlumatlandırılması
• Müştəri müraciətlərinin qəbulunun həyata keçirilməsi və sistemə daxil edilməsi
• Müqavilələrin hazırlanması, müvafiq sənədləşmənin həyata keçirilməsi
• Portfelə nəzarətin və gündəlik ödəmələrin təqib edilməsi

Əlavə məlumat:

• Bazar ertəsi – Şənbə: 09:30 – 18:30
• Əmək haqqı: 300 AZN + Bonus

Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Faktorinq üzrə kiçik mütəxəssis” qeyd etməklə [email protected] e-mail ünvanına göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

İşəgötürənin reytinqi