İşə qəbul, təlim və tədris şöbəsində mütəxəssis

  • Damla Mebel MMC
  • Elanın qoyulma tarixi: 25.08.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

- Boş vakansiyalarla bağlı elanların hazırlanması, yerləşdirilməsi;
- İşə qəbulla bağlı sosial şəbəkələrin idarə edilməsi;
- İşçilərin qəbul edilməsi, müsahibələrin təşkili;
- İşçilərin sınaq müddətlərinin izlənilməsi, hesabatların hazırlanması;
- İşçilərə daxili nizam-intizam qaydaları ilə bağlı təlimatların verilməsi;
- CV bazanın yaradılması, qeydiyyatının aparılması;
- Lazım olduqda iş analizlərinin aparılması;
- Vəzifə təlimatlarının yazılması;
- Fəaliyyət sahəsi ilə bağlı digər tapşırıqlarının icrası.

Namizədə tələblər:

- Ali təhsilli (Xüsusilə “Biznesin təşkili və idarə edilməsi fakultəsi üzrə ali təhsilli”);
- Təcrübə 1-2 il;
- Ünsiyyətqurma bacarığı, fərdi və komanda tərkibində işləmə qabiliyyəti;
- Analiz etmə bacarığı;
- Dəqiqlik və diqqətlilik;
- Word, Exel, Power-Point proqramlarından istifadə bacarığı;

İş şərtləri:

- Həftədə 6 iş günü tam, 1 gün istirahət;
- Əmək haqqı: Əməkdaşın bilik və bacarığına uyğun olaraq təyin ediləcək.
- Korporativ nömrə, işçilərin daşınması üçün nəqliyyat xidməti (Nəqliyyat xidməti 20 Yanvar metrosundan, Xırdalan şəhəri, Saray qəsəbəsi və Sumqayıt şəhərləri istiqamətindəndir.) şirkət tərəfindən təmin ediləcək.

Qeyd: Qeyd edilən tələblərə uyğun namizədlərdən öz CV-lərini [email protected] elektron ünvanına mövzu yerinə “ mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Yalnız tələblərə uyğun seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.