Bağçılıq üzrə təcrübə proqramı

  • Grand-Agro LLC
  • Elanın qoyulma tarixi: 17.08.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

- Təcrübə müddəti – 6 ay ( Təcrübə müddətini uğurla keçən təcrübəçilər işlə təmin ediləcəkdir)
- İş yeri – Türkan dairəsi (Əməliyyat ofisi)
- İş qrafiki: həftənin 5 günü, saat 08:00-dan 17:00-dək
- Nahar Şirkət tərəfindən verilir, İş yerinə çatdırılma üçün nəqliyyat xidməti ilə təmin edilir.
- Təcrübə müddətində əmək haqqı 300 AZN, Qanunvericiliyin tələbinə uyğun olaraq rəsmiləşdirmə

Vəzifə öhdəlikləri:

- Bağçılıq şöbəsinin əməkdaşlarının tələb etdiyi mal-material adlarının qeydiyyatının aparılması tələbnamələrin hazırlanması və 1C proqramına işlənilməsinə dəstək;
- Sifariş olunan mal-materialların alış prosesinin izlənməsi və sifarişçiyə məlumatın verilməsi;
- Bağçılıq şöbəsinə lazım olan mal-materialların anbardan çıxarılması işinin aparılması;
- Şöbənin aparıcı aqronom heyəti tərəfindən gündəlik işlərin qeydiyyata alınması;
- Şöbənin əməkdaşları ilə bağlı davamiyyət, icazə, avans, məzuniyyət sənədlərinin hazırlanaraq aidiyyəti şöbəyə təqdim edilməsində dəstək;
- Sahə ilə bağlı məlumatların izlənilməsi və yoxlanması işində şöbənin aqronom heyətinə köməkliyin göstərilməsi;

Tələblər:

• Təhsil : Ali təhsil (Kənd təsərrüfatı sahəsi (bitkiçilik-bağçılıq) üzrə olması arzu olunandır);
• Dil bilikləri: Azərbaycan Dili ana dili , İngilis dili (üstünlük verilir)
• İT üzrə biliklər: Ms. Office,
• Səriştəlik
• Məsuliyyətlilik, disiplinlilik, təşkilati bacarıq
• Problem həll etmə və əməkdaşlıq bacarıqları
• Güclü şifahi və yazılı ünsiyyət, fikirlərini düzgün çatdırmaq,
• Prinsip və Dəyərlərə sadiqlik
• Prosedur və qaydalara riayət etmək
• Operativlik və İcra etmək bacarığı
• Detallara fikir vermə

Müraciət üçün aşağıdakı linkə daxil olmağınız xahiş olunur.

https://jobs.talhunt.az/grandagro/585-bagciliq+uzre+tecrube+proqrami

İşəgötürənin reytinqi