Dövlət qurumları ilə iş üzrə kiçik mütəxəssis

  • Grand-Agro LLC
  • Elanın qoyulma tarixi: 24.08.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

- İş yeri – Çinar Plaza
- İş qrafiki: həftənin 5 iş günü, saat 08:00-dan 17:00-dək
- Nahar Şirkət tərəfindən verilir, 3 ay sınaq müddətindən sonra tibbi sığorta ilə təmin edilmə
- Əmək haqqı namizədin bilik və bacarığına uyğun olaraq 650-800 AZN net , Qanunvericiliyin tələbinə uyğun olaraq rəsmiləşdirmə

Vəzifə öhdəlikləri:

- Cəmiyyətimizə verilmiş yeni torpaq sahələrinin sənədləşmə işinin aparılması və yeni çıxarış sənədlərinin alınmasında vəzifə səlahiyyəti çərçivəsində iştirak etmək;
- Cəmiyyətə məxsus ərazilərə kommunikasiya xətlərinin çəkilməsi ilə bağlı müraciətlərin edilməsi və texniki şərtlərin alınmasında vəzifə səlahiyyəti çərçivəsində iştirak etmək ;
- Texniki şərtə uyğun olaraq müvafiq işlərin görülməsi üçün dövlət qurumlarına rəsmi müraciətlərin edilməsi və layihə sənədlərinin alınmasında iştirak etmək;
- Cəmiyyətə məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin təyinatının dəyişməsi ilə əlaqədar müvafiq dövlət qurumlarına rəsmi müraciətlərin edilməsində iştirak etmək, torpaq uqodiyası ilə əlaqədar sənədləşmə işlərinin icrası;
- Müvafiq dövlət qurumlarına göndərilən məktubların icra vəziyyətinin mütəmadi müəyyənləşdirilməsi və müvafiq hesabatların hazırlanması
- Müvafiq dövlət qurumları ilə bağlı rəsmi sənədlərin ( məktub, ərizə, müraciət, aktlar və s digər rəsmi sənədlərin) elektron qeydiyyatı və arxivləşdirilməsi

Tələblər:

• Təhsil : Ali təhsil (Hüquq, İnzibati idarəetmə, Dövlət və ictimai münasibətlər, Menecment, Biznesin idarəedilməsi və əlaqədar digər ixtisaslar);
• Dil bilikləri: Azərbaycan Dili ana dili , İngilis dili (üstünlük verilir)
• İT üzrə biliklər: Ms. Office,

• Səriştəlik
• Məsuliyyətlilik, disiplinlilik, təşkilati bacarıq
• Problem həll etmə və əməkdaşlıq bacarıqları
• Güclü şifahi və yazılı ünsiyyət, fikirlərini düzgün çatdırmaq,
• Prinsip və Dəyərlərə sadiqlik
• Prosedur və qaydalara riayət etmək
• Operativlik və İcra etmək bacarığı
• Detallara fikir vermə

Müraciət üçün aşağıdakı linkə daxil olmağınız xahiş olunur.

https://jobs.talhunt.az/grandagro/589-dovlet+qurumlari+ile+is+uzre+kicik+mutexessis

İşəgötürənin reytinqi