İnsan resursları üzrə aparıcı mütəxəssis

İşin təsviri

Bizim üçün uyğun namizəd:

- Ali təhsilli;
- Analoji sahədə ən azı 3 il iş təcrübəsi;
- Azərbaycan və İngilis dilində yüksək səviyyədə bilmək;
- Təlim, inkişaf, iş analizlərinin aparılması və performansın idarə olunması proseslərindən məlumatlı olmaq;
- Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilmək;
- Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq;
- Analitik düşünmə və problemləri həll etmə bacarığı olmalıdır.
- İstehsalat yönümlü müəssisələrdə çalışmış əməkdaşlara üstünlük verilir.

Hansı işləri görəcəksiniz:

- Şirkət daxilində təlim və inkişaf ehtiyaclarının müəyyən edilməsi;
- İnsan Resurslarının inkişaf proqramlarının hazırlanılması və gündəlik icrasının koordinasiyası;
- İnsan Resurslarının layihələrinin və inkişaf proqramlarının həyata keçirilməsi;
- Təlim və inkişaf istiqamətində hesabatlılıq mexanizminin hazırlanması və idarə edilməsi
- Müxtəlif multimedia cihazlarından istifadə, e-təhsil və s. kimi vasitələr ilə tədris mərkəzlərindən kənarda təlim prosesinin qurulmasına (müəyyən edilməsinə) və yeni təlim imkanlarının yaradılmasına dəstəyin verilməsi;
- İş analizlərinin aparılması prosesinin həyata keçirilməsi;
- KPI sisteminin qurulmasında və tətbiqi prosesinin həyata keçirilməsi;
- Sturuktur bölmə rəhbəri tərəfindən digər tapşırıqların yerinə yetirilməsi.

Nə əldə edəcəksiniz?

- Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı;
- Adekvat əmək haqqı;
- Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi;

Əlavə məlumatlar:

- Əmək haqqı şirkət daxili mövcud dərəcələndirmə sistemi çərçivəsində təyin edilir;
- Şirkət tərəfindən naharla, nəqliyyatla (servis) təmin edilmə;
- İş vaxtı: Bazar ertəsi - Cümə, 09:00 – 18:00;
- İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “İnsan resursları üzrə aparıcı mütəxəssis” yazaraq 16.09.2021 il tarixinədək [email protected] ünvanına göndərilməsi xahiş olunur.