Namizədə dair tələblər:
• Təhsil: Ali təhsil (mütləq)
• FHN tərəfindən verilən “Sənayedə texniki təhlükəsizlik və əməyn mühafizəsi qaydaları və normaları” üzrə sertifikat (SƏTƏMM üzrə əlavə sertifikatların olmasına da üstünlük verilir).
• İş təcrübəsi: Bu vəzifə üzrə minimum 5 il iş təcrübəsi (İnşaat sahəsində müvafiq iş təcrübəsi arzu olunandır)
• Yaş: 30:55
• Cins : Kişi
• Dil bilikləri: Azərbaycan, Rus – dili arzu olunandır
• Kompüter bilikləri: MS Excel, MS outlook, və 1C
Vəzifə öhdəlikləri:
• Əməyin mühafizəsi üzrə qabaqcıl və elmi təcrübələri istehsalatda tətbiqi
• İş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizliyinə nəzarət
• İş yerlərində sanitar texniki vəziyyətin yoxlanılmasında iştirak
• Binaların, tikililərin, maşın və mexanizmlərin, qurğuların, işçilərin kollektiv və fərdi mühafizə vasitələrinin, sanitar-texniki qurğuların vəziyyətini və ventillyasiya sistemlərinin əməyin mühafizəsi, təhlükəsizlik texnikası və ətraf mühitin mühafizəsinin tələblərinə uyğunluğunun yoxlanılması;
• Struktur bölmələrində, istehsalatda ətraf mühitin çirkləndirilməsinin qarşısını almaqda tədbirlərin görülməsində iştirak
• İşə qəbul olumnuş, o cümlədən müvəqqəti hər bir işçiyə və kənardan gələn hər bir şəxsə təhlükəsizliklə bağlı giriş təlimatının keçirilməsi və əməyin mühafizəsi üzrə ortaya çıxan məsələlərin aradan qaldırılmasına köməklik göstərilməsi
• Müvafiq qanunvericiliyin və müəssisənin tələblərinin işçilərin nəzərinə çatdırılması;
• Qulluqçuların və mühəndis texniki işçilərin əməyin mühafizəsi və təhlükəsizlik təlimatı üzrə biliklərinin yoxlanılmasında və attestasiya komissiyasının işində iştirak
• Müvafiq təlimatların işlənib hazırlanmasında iştirak
• İstehsalatda bədbəxt hadisələrin araşdırılmasında iştirak
• Maliyyə şöbəsinə əməyin mühafizəsinə və illik fəaliyyət planının hazırlanmasına xərclənəcək vəsaitlər üçün müraciət edilməsi;
• Təxliyyə planının hazırlanmasında iştirak edilməsi və işçilərə bu barədə təlimat keçirilməsi;
• İşçilərin fövqəladə hal zamanı cavab hərəkətləri haqqında təlimat keçirilməsi;
• Müəssisədaxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsi
• Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlayıb təqdim edilməsi
İş qrafiki: 6 günlük iş qrafiki
Əmək haqqı: müsahibə zamanı təyin olunur
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini və portfoliolarını (mütləqdir) mövzu sətrində vakansiyanın adını “ SƏTƏMM üzrə mühəndis ” qeyd edərək, [email protected] elektron ünvanına göndərilməsi xahiş olunur.