Aksesuar üzrə kateqoriya meneceri

  • Mandarin.az
  • Elanın qoyulma tarixi: 09.08.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öhdəliklər

● Tabeçiliyində olan məhsul kateqoriyalarının inkişaf stategiyasının yazılması
● İstehlakçıların tələblərinə uyğun olaraq daim lazımı məhsul kateqoriyaları ilə şirkəti təmin etmək.
● Məhsul kateqoriyasının strategiyasına uyğun təyin edilmiş hədəflər istiqamətində daim çalışmaq
● Tabeçiliyində olan məhsul kateqoriyalarının qısamüddətli və uzunmüddətli inkişaf planlarını hazırlamaq.
● Rəqabətcil bazarda daim tələb təklifə uyğun məhsulların aktuallığını qorumaq.
● Daha yaxşı qiymət və keyfiyyətə nail olmaq üçün mütəmadi təkliflərin hazırlanması
● Tabeçiliyində olan məhsulların bazar payının artırılması üçün aidiyyatı departamentlərlə birlikdə kordinasiyalı şəkildə yeni proyektlər üzərində çalışmaq.
● Yeni satış imkanlarının daim araşdırılması və satış strategiyalarının inkişaf etdirilməsi.
● Rəqiblərin fəaliyyətlərini daim araşdırmaq və bu araşdırmaların nəticəsi olaraq yeni rəqabətqabiliyyətli strategiyalar hazırlamaq və tətbiq etmək.

Tələblər:

• Bu sahədə ən az 1 il iş təcrübəsi
• Analitik düşüncə qabiliyəti.
• MS Office proqramlarında səlis işləmə bacarığı
• Kollektivlə işləmə bacarığı, ünsiyyətcil olmalı.
• Məlumat təhlili və proqnozlaşdırma üsulları haqqında anlayış
• Azərbaycan, rus və ingilis dillərini mükəmməl səviyyədə bilmək

İş qrafiki: 5 günlük

Əmək haqqı müsahibə əsasında təyin ediləcək və rəqabətə davamlıdır.

Vakansiyaya müraciət üçün CV-nizi “Aksesuar üzrə kateqoriya meneceri” mövzusu ilə [email protected] e-mail ünvanına göndərməyiniz xahiş olunur.