Bank və kassa əməliyyatları üzrə mühasibin vəzifə funksiyaları:
- Bank və nağd pul vəsaitləri ilə bağlı əməliyyatların mühasibat kitablarına gündəlik əsasda işlənməsi
- Şirkət üçün bank hesabların açılması və bununla bağlı olan işlərin koordinasiyası və təşkili
- Bank qarantiyaların, akkreditivlərin açılması və bununla bağlı olan bütün işlərin koordinasiyası, lazım olan sənədlərin hazırlanmasının təmin olunması
- Açılmış bank qarantiyaların və akkreditivlərin icrasına və onların müddətlərinin bitməsinə nəzarət edilməsi
- Banklardan alınacaq kreditlər üçün tələb olunan sənəd və hesabatların hazırlanmasının təmin olunması
- Bank və nağd pul vəsaitləri ilə bağlı əməliyyatların şirkətin daxili siyasət və prosedurlarına, qanunvericiliyin tələblərinə uyğun aparılması
- Bank hesablarından çıxarışların şirkətin mühasibat kitablarındakı qalıq və mühasibat müxabiləşmələri ilə gündəlik əsasdə üzləşdirilməsi
- Bank hesabları və kassa qalıqlarını gündəlik əsasda yoxlamaq və təsdiqləmək
- Gündəlik, həftəlik və aylıq bank və kassa hərəkəti barədə hesabatların zamanında hazırlanması və baş mühasibə təqdim olunması
- Gündəlik nağd yığımların şirkətin xəzinədarlığına dərhal təqdim olunmasına nəzarət edilməsi
- Şirkətin xəzinədarlığına daxil olan gündəlik yığımların dərhal şirkətin bank hesabına yatırılmasını təmin etmək
- Kassa qalıqlarının gündəlik inventarizasiyasını təmin etmək
- Nağd pul vəsaitlərin kassaya mədaxil və məxaricini qanunvericiliyin, daxili siyasət və prosedurların tələblərinə uyğun rəsmiləşdirilməsi
- Bank köçürmələrini (ödənişlərini) qanunvericiliyin, Azərbaycan Respublikası Mərkəzi Bankın, şirkətin daxili siyasət və prosedurlarının tələblərinə uyğun rəsmiləşdirilməsi
- Bank ödəniş tapşırıqlarının hazırlanması, imzalanması və ödənişin icrası üçün banka təqdim olunması
- Bank köçürmələrinin (ödənişlərinin) icra olunması üçün tələb olunan təsdiqedici sənədlərin (müqavilə, hesab-faktura, elektron qaimə-faktura, malların/xidmətlərin təhvil-təslim aktı, YGB, nəqliyyat sənədləri və s.) olub-olmamasının, düzgün şəkildə tərtib olub-olmamasının yoxlanılması və tələb olunduqda banka təqdim olunması
- Nağd yığımların şirkətin bank hesablarına bir-başa və avtomatik şəkildə yatırılmasını təmin etmək məqsədi ilə müxtəlif ödəniş sistemlərini (MilliÖn, E-Manat, E-Pul, GoldenPay) təqdim edən təchizatçılarla müqavilələrin hazırlanmasını və imzalanmasını təmin etmək, bununla bağlı lazım olan bütün işləmlərin koordinasiyası və təşkili
Tələblər:
- Ən azı 3 il mühasibatlıqda iş təcrübəsi
- Ali təhsili/bakalavr dərəcəsi (iqtisadiyyat profilli təhsili olanlara üstünlük verilir)
- İngilis və rus dillərini bilən namizədlərə üstünlük verilir
- 1C: Mühasibat proqram təminatlarının istifadəçilərinə üstünlük verilir
İş qrafiki: 5 günlük
Əmək haqqı müsahibə əsasında təyin ediləcək və rəqabətə davamlıdır.
Vakansiyaya müraciət üçün CV-nizi “Bank və kassa əməliyyatları üzrə mühasib” mövzusu ilə [email protected] e-mail ünvanına göndərməyiniz xahiş olunur.