Daxili auditor

İşin təsviri

Namizədə olan tələblər:

1. Audit və yaxud əlaqədar sahədə 4 il iş təcrübəsi;
2. Ali təhsil (iqtisadi və ya hüquq);
3. Data analitikası üzrə bilik və bacarıqların olması (MS Excel, SQL);
4. Azərbaycan və İngilis dillərini bilməlidir;
5. Beynəlxalq Audit standartlarını bilməli və tətbiqi üzrə təcrübəyə malik olmalıdır;
6. Mühasibat Uçotunun Beynəlxalq Standartlarını (MUBS) bilməli və tətbiqi üzrə təcrübəyə malik olmalıdır;
7. Biznes proseslərin təhlili və təkmilləşdirilməsi üzrə təcrübəyə malik olmalıdır;
8. Risklərin idarə olunması üzrə biliklərə və təcrübəyə malik olmalıdır;
9. Vergi məcəlləsi və Əmək məcəlləsi üzrə bilikləri olmalıdır;

Vəzifə öhdəlikləri:

1. Şirkətin biznes və İnformasiya Texnologiyaları üzrə proseslərinin obyektiv dəyərləndirilməsi;
2. Şirkətin qarşılaşdığı və qarşılaşa biləcəyi riskləri müəyyənləşdirmək və risk idarəetmə sisteminin effektivliyinin dəyərləndirilməsi;
3. Şirkətin mövcud qanunvericiliyin tələblərinə əməl etməsinə nəzarət;
4. Daxili nəzarət mexanizimlərinin qiymətləndirilməsi və təkmilləşdirilməsi ilə bağlı təkliflərin verilməsi;
5. Proseslərdə mövcud çatışmazlıqların və uyğunsuzluqların aradan qaldırılması ilə bağlı qabaqlayıcı tədbirlərin görülməsi;
6. Etik biznes davranışın təşviqi və bu sahədə uyğunsuzluqların müəyyənləşdirilib aradan qaldırılması;
7. Təhlükəsizlik üzrə standartlara əməl olunmasına nəzarət;
8. Saxtakarlıq hallarının araşdırılması, nəzarətdə saxlanılması və aradan qaldırılması üzrə tədbirlərin həyata keçirilməsi. Bu kimi halların gələcəkdə baş verməməsi üçün nəzarət mexanizimlərinin işlənib hazırlanması;
9. Audit nəticələrinin və təkliflərin rəhbərlik ilə müzakirəsi və perodik daxili audit hesabatların hazırlanması;

Email : [email protected]

Tələblərə uyğun olmayan və "Subject" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV" - lərə baxılmayacaq.