İnzibati işlər üzrə menecer

  • AZMADE Group
  • Elanın qoyulma tarixi: 04.08.2021
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İŞİN TƏSVİRİ

• Ofisdaxili ehtiyacların müəyyən edilməsi və onların rəhbərliyə çatdırılması;
• Ofis mallarının təchizatı, daxil olan malların qeydiyyatı və yoxlanılması;
• Təchizatçılar tərəfindən göndərilən təkliflərin toplanılması;
• Ofis inventarlarının miqdarını müəyyən etmək məqsədi ilə anbarın yoxlanılması, təchizat ehtiyyaclarının müəyyənləşdirilməsi;
• Təchizat üçün sifarişlərin verilməsi;
• Təchizatla əlaqədar hesab-fakturaların yoxlanılması;
• Təchizatçılarla xidməti müqavilələri ilə əlaqədar olaraq hüquq departamenti ilə əməkdaşlıq;
• Hesabatları hazırlayıb direktorunun diqqətinə çatdırılması;
• Qəbul otağı (reception area) sahəsinə nəzarət etmək;
• Tədbirlərin təşkil edilməsi - ofis ilə bağlı məsələlərin tənzimlənməsi;
• Ofisə aid hər hansı inzibati işdə köməklik etmək;
• Fayl sisteminin təşkil və idarə edilməsi, elektron formatda saxlanması üçün hesab- fakturaların / sənədlərin scan edilməsi və məktubların və digər yazışmaların uçotunun aparılması;
• Müdiriyyətin verdiyi tapşırıqların vaxtında və dəqiq yerinə yetirilməsi;
• E-mail və yazışmaların həyata keçirilməsi;
• Müştərilərdən gələn sorğuların vaxtında və işgüzar cavablandırılması;
• Müştərilərə şirkət və məhsullar haqqında ilkin məlumatın verilməsi və yönləndirilməsi;
• Karguzar işinin təşkili və ofis daxili işlər;
• Birbaşa rəhbərinin tapşırıq və göstərişlərini yerinə yetirilməsi.

TƏLƏB OLUNAN TƏCRÜBƏ, SƏRİŞTƏLƏR VƏ BACARIQLAR

• Vaxt idarə etmə bacarıqları;
• Təşkilatçılıq bacarıqları;
• Ehtiyatlılıq;
• Qərar vermək bacarığı;
• Strateji planlaşdırma bacarıqları;
• Məxfi məlumatlarla işləmək, detallara diqqətçilik, güclü ünsiyyət və şəxsiyyətlərarası bacarıqları;
• Tapşırıqlara üstünlük vermək bacarığı ilə çox tapşırıq və vaxt idarə etmə bacarıqları.

NECƏ MÜRACİƏT ETMƏK

• Maraqlanan namizədlər CV-ləri [email protected] e-mail ünvanına göndərə bilərlər;
• Elektron məktubun “Mövzu” hissəsində “İnzibati işlər üzrə menecer” vəzifəsi qeyd edilməlidir;
• CV-lər ən gec 20 avqust 2021-ci il tarixinədək göndərilməlidir.

Diqqət: Namizədlər ilkin CV yoxlanışından keçəcəklər. CV-lərin ilkin araşdırılmasına əsasən uğur qazanan namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılacaq və onlar görüşə dəvət ediləcəklər.